Modern.az

Gələn ilin elm və təhsil xərcləri

Gələn ilin elm və təhsil xərcləri

6 Oktyabr 2010, 14:42

2011-ci ilin dövlət büdcəsi layihəsində elm xərcləri üçün 108,6 milyon manat, təhsil xərcləri üçün isə 1338,2 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Modern.az saytına Milli Məclisin Elm və təhsil komitəsindən məlumat verilib. Qeyd edək ki, 2011-ci ilin dövlət büdcəsi layihəsi bir neçə gün öncə Milli Məclisə təqdim olunub.

Komitədən bildirilib ki, növəti ildə elm xərclərinə ayrılacaq vəsait 2010-cü illə müqayisədə 5,8 milyon manat və yaxud 5,6 faiz çox olacaq. Elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz təşkil edəcək. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək. 2011-ci ildə elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkşaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının  möhkəmləndirilməsinə 3 milyon manat,  Milli Elmlər Akademiyasının  elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya  avadanlıqlarının alınması xərclərinə 2 milyon manat və digər tədbirlərin həyata keçirilməsinə vəsait nəzərdə tutulub. 

Növbəti ildə təhsil xərcləri üçün ayrlacaq vəsait 2010-cu illə müqayisədə 50,2 milyon manat (3,9 faiz çox) çoxdur. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz olacaq. Elm və təhsil komitəsindən bildirilib ki, gələn il təhsil xərcləri üçün ayrılacaq vəsaitin 758,3 milyon manatı (56,7 faizi)  natamam və orta təhsil xərclərinin maliyyələşdirilməsinə, 236,9  milyon manatı (17,7 faizi) təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə, 125,3 milyon manatı (9,4 faizi) ali təhsil xərclərinin maliyyələşdirilməsinə, 95,3 milyon manatı (7,1 faizi)  məktəbəqədər  və ibtidai təhsil xərclərinin maliyyələşməsinə, 7,8 milyon manatı (5,4 faizi) texniki-peşə məktəblərinin və liseylərin maliyyələşdirilməsinə, 49,6 milyon manatı (3,7 faizi) internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.

2011-ci il dövlət büdcəsində ilk dəfə olaraq ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar təhsil xərclərində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.  

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür