Modern.az

Deputat Aynur Quliyeva danışdı...

Deputat Aynur Quliyeva danışdı...

7 Oktyabr 2010, 12:23

Bu gün ölkə mətbuatı Milli Məclisin deputatı, 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Aynur Camalqızının (Quliyeva) seçkiyə qatılmaqdan imtina qərarı verdiyini yazıb. Modern.az saytına açıqlamasında deputat bu xəbərin həqiqətə uyğun olmadığını deyib: “Mən hələ son qərarımı verməmişəm. Bu barədə Dairə Seçki Komissiyasına müraciətim də olmayıb. Ona görə də barəmdə yazılanlar həqiqətə uyğun deyil. Məsələ ilə bağlı son qərarımı sabah verəcəm”-deyə deputat bildirib.

Qeyd edək ki, Aynur Quliyeva 1975-ci il fevralın 7-də Tərtərin Mamırlı kəndində anadan olub. Dövlət İdarəçiliyi Akademiyasını bitirib. Qadın Konsensus Mərkəzi İctimai Birliyinin sədridir. “Azərbaycan Ordusu”, “Xalq qəzeti”, “Şans”, “Ulus”, “Millətin səsi”, “Yeni Yüzil”, “Yeni Müsavat” qəzetlərinin müxbiri olub. 2005-ci ildən Milli Məclisin deputatıdır.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?