Modern.az

Milli Məclis gələn ilin büdcə layihəsini 3 gün müzakirə edəcək

Milli Məclis gələn ilin büdcə layihəsini 3 gün müzakirə edəcək

7 Oktyabr 2010, 14:33

Parlament oktyabrın 12, 13 və 14-də büdcə zərfinə münasibət bildirəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi haqda qanun layihəsi bir neçə gün öncə Milli Məclisə təqdim olunub. Milli Məclis aparatından Modern.az saytına verilən məlumata görə, oktyabrın12,13 və 14-də parlamentdə büdcə layihəsinin müzakirələri aparılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi zərfində büdcə gəlirləri 12 061 000,0  min manat,  xərcləri 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 min manat, yerli xərcləri 1 307 540,0 min  manat) məbləğində nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır