Modern.az

Vilayət Eyvazov sabah Milli Məclisdə hesabat verəcək

Vilayət Eyvazov sabah Milli Məclisdə hesabat verəcək

7 Oktyabr 2010, 14:51

Milli Məclisin sabah keçiriləcək plenar iclasında daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun illik hesabatə dinləniləcək.

Modern.az-ın məlumatına görə, deputatlar qarşısında çıxış edəcək nazir müavini bu ilin ötən müddəti ərzində insan alverinə qarşı aparılan mübarizədən danışacaq.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin birinci yarımilliyində Azərbaycanda insan alveri ilə bağlı 147 cinayət faktı qeydə alınıb. Rəsmi məlumata görə, Azərbaycandan olan insan alverinin qurbanları ən çox Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinin Dübay şəhərinə, Pakistana və Hindistana aparılır, orada cinsi istismara məcbur edilirlər.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?