Modern.az

Hərbi hissələrdəki qanun pozuntularının yoxlanması üçün xüsusi qurum yaradılacaq

Hərbi hissələrdəki qanun pozuntularının yoxlanması üçün xüsusi qurum yaradılacaq

7 Oktyabr 2010, 16:21

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında Silahlı Qüvvələrin intizam nizamnaməsində, qarnizon, qarovul və daxili xidmət nizamnamələrində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Modern.az saytı xəbər verir ki, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, dəyişikliklər  hərbi hissələrdə baş verən qanun pozuntularının araşdırılması ilə bağlı yeni yaradılacaq qurumla əlaqədardır.
Birinci vitse-spiker qeyd edib ki, hazırda hərbi hissələrdə baş verən qanun pozuntuları və cinayət hadisələri ilə bağlı ilkin təhqiqatı həmin hərbi hissələrin komandirlərinin tapşırığına əsasən təyin olunan şəxslər aparır. Qanuna dəyişiklik ediləndən sonra isə Müdafiə Nazirliyinin Hüquq İdarəsi nəzdində yeni qurum yaradılacaq və hərbi hissələrdə baş verən pozuntuların, cinayətlərin ilkin təhqiqatını da bu qurum aparacaq. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.  

Modern.az
   

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi