Modern.az

59 yaşlı baş nazir: Putin FOTOLARDA

59 yaşlı baş nazir: Putin FOTOLARDA

7 Oktyabr 2011, 16:15

Bu gün Rusiyanın baş naziri Vladimir Putinin ad günüdür. Baş nazir  59 yaşını qeyd edib.  Putin ad günlərini həmişə müxtəlif yerlərdə qarşılayıb. 50 yaşını MDB-nin Kişinyovda keçirilən sammitində qeyd edib. 55 yaşını isə Pütin Moskvada qeyd edib. 

Azərbaycanla Rusiya münasibətlərində ilıqlaşma məhz Putinlə bağlıdır. Prezidentliyi dönəmində bir neçə dəfə Bakıda olan Putin rus siyasi elitası ilə yerli elita arasında isti münasibətlərin yaranmasında vacib rol oynayıb.

Modern.az Rusiyanın baş nazirinin ömür yolunu foto lenti kimi göz önündən keçirir.

Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə keçmiş Leninqrad- indiki Sankt-Peterburqda  anadan olub.

Putin 7 may 2000-ci ildən 7 may 2008-ci ilədək Rusiya Federasiyasın ikinci prezidenti olub. (Prezident Boris Nikolayeviç Yelsinnin istefasından sonra 31 dekabr 1999-cu ildən 7 may 2000 ci ilədək prezident vəzifəsini icra edib).
Rusiya Dövlət Dumasına 2007 -ci il seçkiləri zamanı V.Putin bitərəf olaraq «Yedinaya Rossiya» partiyasının seçki siyahısına rəhbərlik edib. 7 may 2008 -ci ildən «Yedinaya Rossiya” partiyasının sədridir. 2008 -ci ildən Rusiya Federasiyası Hökümətinin sədridir. 
1997 -ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda «Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi pəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov olub. V.Putin alman və müəyyən qədər ingilis dilini bilir.
1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya ( 1985-ci Leninqradda doğulub) və Katerina (1986 Drezdend anadan olub).
Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıb ( 2003-cı ildə qəbul olunublar) .
V.Putinin qızları haqqında məlumatlar mətbuatda az verilir.  

 

Məktəbli Volodya.

Yeniyetməlik çağı...

Bu şəkil barədə çox danışdılar. Deyilənlərə görə, Reyqanla görüşən uşağın arxasında duran gənc Putindi...

Hələ hər şey qabaqdadı...

İlk övladın şirinliyi.

Ağ-qara: həyatın özü kimi...

"Volodya, bunların hamısını sənə tapşırıram!".

Heydər Əliyev Putini Bakı Slavyan Universitetinə gətirib.

"Şərq incə məsələdir, cənab Buş..."

Putin qızı və xanımı ilə..

"Eee, bir az asta olun..."

Təbiətdə gəzinti...

Qalstukda həmişə rahat deyil...

Siyasətçi və samboçu Vladimir...

Putin həyat yoldaşı Lyudmila ilə...

Azərbaycan prezidenti İlham Əliyevlə münasibətlər yaxşıdır.

Putinin atlara özəl marağı var.

Bu “qara piar” barədə xeyli müzakirə getdi.. Prezident və idmançı gözəl Alina Kabayeva....

Ovda...

İndiki və keçmiş prezidentlər...


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu