Modern.az

Bu gün deputatlığa namizəd olmaq istəyənlər üçün son gündür

Bu gün deputatlığa namizəd olmaq istəyənlər üçün son gündür

Ölkə

8 Oktyabr 2010, 09:51

Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmüş şəxslər oktyabrın 8-də saat 18.00-a qədər imza vərəqələrini və digər zəruri sənədlərini Dairə Seçki Dairəsinə təhvil verməlidirlər. Qanuna uyğun olaraq oktyabrın 8-də imzatoplanma kamapaniyası rəsmən başa çatır. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Oktyabrın 15-dən isə deputatlığa namizədlər təbliğat-təşviqat kampaniyasına start verəcəklər.

A.Sarıyevin sözlərinə görə, oktyabrın 8-i namizədlərin imza vərəqələrini təhvil vermələrinin sonuncu günüdür. “Deputatlığa namizədlər imza vərəqələrini həmin gün artıq vəhvil veriməlidirlər. İmza vərəqlərini təhvil verməyən namizədlərin sənədləri sonrakı günlərdə qəbul edilməyəcək və onlar seçki prosesindən kənarda qalacaqlar”. 

Modern.az  
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi