Modern.az

Vilayət Eyvazov “Kölə kimi işlədilən uşaqlarla bağlı 611 fakt aşkar edilib”

Vilayət Eyvazov “Kölə kimi işlədilən uşaqlarla bağlı 611 fakt aşkar edilib”

8 Oktyabr 2010, 14:09

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisin bu günkü iclasında insan alverinə dair hesabatı  parlamentə təqdim edib. Modern.az-ın məlumatına görə, hesabatda bildirilir ki, bu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 63 fakt qeydə alınıb. 5 cinayətkar qrup zərərsizləşdirilib. 29 cinayətkar ifşa edilib.

Məlumata görə, insan alveri ilə bağlı haqqında beynəlxalq axtarış elan edilən şəxslərdən 13 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 43 nəfərin axtarışı davam etdirilir. İnsan alveri qurbanı olan 32 nəfərdən 25-i dövlət tərəfindən yaradılan sığınacaqlara yerləşdirilib və onlara yardım göstərilərək cəmiyyətə inteqrasiyaları təmin olunub. Onlardan azyaşlı 2 uşaq Təhsil Nazirliyi tərəfindən internata, 5 uşaq isə uşaq bağçasına yerləşdirilib. 27 nəfərə birdəfəlik müavinət və maddi yardım verilib. 6 nəfərə dəyən ziyan məhkəmə yolu ilə ödənilib.

Araşdırmalar göstərib ki, insan alveri qurbanlarının 23-ü Türkiyəyə, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü İrana aparılıb. Onlardan 3-ü orta ixtisas, 3-ü natamam orta, 19-u orta təhsilli, 9-u isə təhsilsizdir.

Hesabat dövründə ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 115, o cümlədən fahişəliyə cəlb etmə ilə bağlı 52, əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 63 cinayət faktı aşkarlanıb, 71 nəfər məsuliyyətə cəlb olunub.

Vilayət Eyvazov bildirib ki,  Azərbaycan Respublikasının İnsan Alverinə qarşı Milli Fəaliyyət Planı 2009-2013-cu illərə uyğun olaraq informasiyanın, hüquqi bazanın təkminləşdirilməsi işini dövlət orqanları uğurla davam etdirir.

Bunun üçün “qaynar xətt”in yaradıdığını deyən nazir müavini   qeyd edib ki, qurbanlara kömək fondu haqqında əsasnamə hazırlanıb icraya yönəldilib. İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının əsasında insan alveri qurbanlarının milli istiqamətdə mexanizm qaydaları hazırlanıb.

“Qaynar xətt”də və orada çalışanların maaşlarının ödənilməsi və qurbanların ərzaq və sair tələbatlarının ödənilməsi üçün büdcədən hər il 52 min manat və qurbanlara müavinətlərin ödənilməsi üçün hər ay 5 min manat pul ayrılıb. 2009-cu ildə Azərbaycanda bu problemi araşdıran qeyri-hökümət təşilatlarına 50 min manat qrant ayrılıb. Xarici işlər Nazirliyi ilə də xaricdəki konsulluqlara müvafiq təlimat verilib.

Uşaq alveri ilə bağlı 128 uşaq evi və internatlarda tədbirlər keçirilib. Dilənçilik edənlərlə və kölə kimi işlədilmə ilə bağlı 611 fakt aşkar edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olduğu təsdiqlənməyib. Bu uşaqların valideyinləri və onları bu kimi işlərə cəlb edənlər üçün tədbirlər görülüb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!