Modern.az

Deputat Əhəd Əhmədov “Heç kimin cürəti çatmaz ki.....”

Deputat Əhəd Əhmədov “Heç kimin cürəti çatmaz ki.....”

8 Oktyabr 2010, 15:46

Mətbuat bu gün parlament seçkilərində namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürmüş Milli Məclisin deputatı Əhəd Əhmədovun namizədliyinin qeydə alınmaması barədə məlumat yayıb.

Məlumatda bildirilirdi ki, Əhəd Əhmədovun təqdim etdiyi imzaların bir qismi qanunsuz sayılması səbəbindən onun namizədliyini qeydə almaqdan imtina edilib.

Modern.az saytı bununla bağlı millət vəkilindən məsələyə aydınlıq gəttirməyi xahiş edib. Deputat saytımıza açıqlamasında bildirdi ki, bu barədə yayılan məlumat inandırıcı deyil: “Bunların heç bir əsası yoxdur. Məni qeydiyyata almamağa heç kimin cürəti çatmaz”-deyən millət vəkili vurğulayıb ki, yığdığı imzaların hamısı həqiqidir. 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan Əhəd Əhmədov 2005-ci ildə keçirilən seçkilərdə bitərəf kimi deputat mandatı qazanıb. 1967-ci il martın 5-də İmişli rayonunun Göbəktala kəndində anadan olan Əhəd Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
1991-ci ildən «Günəş» Elm-İstehsalat Assosiasiyasının direktoru, 1994-cü ildən Azərbaycan Kurortlar Birliyinin şöbə rəisi, 1996-cı ildən «Azəri» firmasının direktoru, 2000–2005-ci illərdə Füzuli rayon şərab zavodunun direktoru vəzifələrində çalışıb.
Hazırda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı