Modern.az

Əli Kərimlinin deputatlığa namizədliyi qeydə alındı

Əli Kərimlinin deputatlığa namizədliyi qeydə alındı

Ölkə

8 Oktyabr 2010, 19:11


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin deputatlığa namizədi qeydə alınıb. Bu barədə Modern.az-a Əli Kərimlinin seçki qərargahından məlumat verilib. Onun namizədliyi AXCP-Müsavat  seçki blokunun vahid siyahısı üzrə 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürülüb.

Əli Kərimli 1965-ci il Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
"Yurd" ictimai birliyinin yaradıcılarından olub. AXC-nin BDU-dakı şöbəsinin yaradıcılarından biri və sədri olub. AXC Ali Məclisinin üzvü olub və AXC Ali Məclisi sədrinin müavini vəzifəsində işləyib.
"Azadlıq" qəzetinin parlament müxbiri olub. 1992-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1993-cü ilin aprelindən isə Azərbaycan Respublikasının dövlət katibi təyin olunub, 1993-cü il iyunun 26- da istefa verib.

1994-cü ilin may ayından Bakıda AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.
Hazırda AXCP-nin sədridir. 1995-ci il noyabrın 12-də proporsional qaydada AXC-dən Milli Məclisin üzvü seçilib. Ə. Kərimli 2000-ci ildə yenidən deputat mandatı qazanıb

2003-cü il prezident seçkilərində namizəd olub. 2008-ci il 15 oktyabrda prezident seçkilərinin baykot olunmasının hələ 2007-ci ildən təbligat aparan əsas təşəbbüsçülərindən biri olub.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü