Modern.az

Azərbaycanın məscidlərində Süleyman Dəmirələ yas tutuldu

Azərbaycanın məscidlərində Süleyman Dəmirələ yas tutuldu

Dünya

10 İyul 2015, 14:45


İyulun 10-da Azərbaycanın məscidlərində, habelə Gürcüstan və Dərbənddəki məscidlərdə Cümə xütbələrində qardaş Türkiyə xalqının  tanınmış dövlət xadimi, dünya şöhrətli şəxsiyyət - Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi anılıb, onun ruhuna Allahdan rəhmət dilənmiş, dualar oxunub.

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə axund və imamlar hər zaman millətinə və dövlətinə sədaqət və şərəflə xidmət etmiş Süleyman Dəmirəlin xatirəsinin qəlblərdə, müsəlmanların xatirəsində yaşayacağını vurğulayıblar.

Moizələrdə “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın rəhbərləri -  Süleyman Dəmirəllə Heydər Əliyev arasında olan səmimi dostluq, əsl qardaşlıq münasibətlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü