Modern.az

Yerevanda İran vətəndaşı döyülüb

Yerevanda İran vətəndaşı döyülüb

Dünya

11 İyul 2015, 00:30



Yerevanda sözün həqiqi mənasında millətlərarası dava düşüb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, iyulun 9-da yerli vaxtla saat 03:10-da Yerevan və Arin-Berd küçələrinin kəsişməsində bir neçə nəfər arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Bir nəfər yaralanaraq xəstəxanaya düşüb, iki İran və Gürcüstan vətəndaşı isə polis bölməsinə aparılıb.

Araşdırma zamanı məlum olub ki, saat 02:30-da İran vətəndaşı 44 yaşlı Fərhad S. və naməlum şəxs arasında mübahisə düşüb. Naməlum şəxs əcnəbini vurub. Mübahisəyə qoşulan Qraçya A. Da bu zaman zərbə alıb.

Baş verən insidentin şahidi olan 53 yaşlı Gürcüstan vətəndaşı Quram A.nı da polisə dəvət ediblər. Amma zərərkəçənlər şikayətçi olmayıblar.

Hadisənin səbəbi haqda məlumat verilmir.

 

  Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır