Modern.az

Harri Kasparov 4-cü dəfə ata oldu

Harri Kasparov 4-cü dəfə ata oldu

12 İyul 2015, 09:54


Tanınmış şahmatçı, “İnsan hüquqlarının müdafiəsi fondu”nun rəhbəri, keçmiş bakılı Harri Kasparov dördüncü dəfə ata olub. Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onun 3-cü arvadı Darya Tarasova Hariyyə oğlan uşağı doğub. Bu, cütlüyün ikinci övladıdır. Buna kimi onların Aida adlı qızları da vardı. Yeni doğulan körpəyə Nikolas adı verilib.

Qeyd edək ki, Harri Kasparov rəsmən 3 dəfə evli olub.

Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda mühəndis ailəsində anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.
Harrinin 7 yaşı olanda atası Kim Vaynşteyn xərçəng xəstəlyindən vəfat edib. Harrini anası Klara Kasparova böyüdüb. 1975-ci ildə SSRİ-də gizli antisemitizmin (yəhudilərə qarşı düşmənçilik) mövcud olması səbəbindən Klara Kasparova yaşına görə həddən artıq zəka nümayiş etdirən oğlu Harrinin umidverici şahmat karyerasını əngəlləməmək üçün aşkar yəhudi soyadı olan Vaynşteyni özünün qızlıq soyadı Kasparovla əvəzləyib.
Harri 15 yaşında 18 yaşında SSRİ çempionu adını qazanıb. 1980-ci il 17 yaşlı Harri Kasparov SSRİ yığmasının heyətində Avropa çempionu olub.
Kasparov 1985-ci il noyabrın 9-da dünya çempionu Anatoli Karpovu gərgin görüşdə 13:11 hesabı ilə məğlub edərək 22 yaşında şahmat üzrə dünya çempionu olub.

1980-ci illərin sonlarında Harri Kasparov Bakıdan Moskvaya köçüb. Kasparov dünya çempionu olandan sonra düz 15 il ərzində şahmat tacının qeyd-şərtsiz hakimi olub.
Yalnız 2000-ci ildə rusiyalı qrossmeyster Vladimir Kramnikə məğlub olaraq çempionluğu əldən verib. Buna baxmayaraq, o, 2005-ci ilə qədər aktiv oyunçu kimi şahmat turnirlərində gücünü sınayıb. Lakin elə həmin il də professional idmançı karyerasına son verdiyini və özünü aktiv siyasətə həsr etdiyini bəyan edib. 

Heç zaman prezident Vladimir Putin hakimiyyəti ilə yola getməyən Harri Kasparov 42 yaşında “Vahid vətəndaş cəbhəsi” hərəkatının sədri kimi Rusiya müxalifətinin sıralarına qatılıb. Bir sıra müxalifət bloklarına üzv olsa da, 2013-cü ilin iyununda Putin rejiminin ona siyasi fəlaliyyət göstərmək üçün dözülməz şərait yaratdığını əsas gətirərək, Rusiyanı tərk edir və Latviyadan siyasi sığınacaq alır.

Hazırda mərkəzi Nyu-York şəhərində olan “İnsan hüquqlarının müdafiəsi fondu”na rəhbərlik edən dünya şahmatının canlı əfsanəsi Harri Kasparov Vladimir Putin hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.

Harri Kasparov 3 dəfə evlilik münasibətləri qurub. 1989-cui ildə Harri Kasparov Mariya Aqopova ilə evlənir. Bu, Kasparovun 3 rəsmi nikahından ilki idi. 1992-c ildə ailədə Polina adlı qız övladı doğulur. 1993-cü ildə onlar rəsmən boşanırlar. 1 il yarım davam edən boşanma proseesi zamanı çoxmilyonlu kompensasiya alan Aqopova Kasparovdan ayrıldıqdan sonra qızı Polinanı da götürərək, ABŞ-ın Nyu-Cersi ştatına köçür. Razılaşmaya görə Kasparov qızı ilə ilin 2 ayını keçirə bilər.

Harri Kasparovun 2-ci evliliyi 1996-cı ildə baş verib. O, Riqada şahmat turnirlərindən birinin başa çatması ilə bağlı verilən banketdə tanış olduğu 18 yaşlı tələbə qız Yuliya Vovkla ailə həyatı qurub. 9 il davam edən bu evlilikdən Kasparovun Vadim adlı (1996) oğlu dünyaya gəlib.

2005-ci ildə Yuliya Vovkla boşanan şahmatçı elə həmin il yeni sevgilisi Darya Tarasova ilə münasibətlərini rəsmləşdirir və 3-cü dəfə rəsmi nikaha girir.

2006-cı ildə isə Kasparov 3-cü dəfə rəsmən ata olub. Onun Aida adlı qızı dünyaya gəlib.

Hazırda keçmiş bakılı şahmat dahisi vaxtının çoxunu Nyu-Yorkda 3,4 milyon dollara aldığı mənzildə və Xorvatiyada Makarsk kurortunda aldığı malikanədə keçirir.  

Sonda onu qeyd etmək lazımdır ki, Harri Kasparov hələ də öz anası Klara Kassparova ilə birgə yaşayır.

Modern.az        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir