Modern.az

Məşhur futbolçunun xanımı çörək almağa helikopterlə getdi

Məşhur futbolçunun xanımı çörək almağa helikopterlə getdi

13 İyul 2015, 00:14


Münhenin “Bavariya” klubunun hücumçusu Robert Levandovskinin xanımı 30 kilometr uzaqlıqdakı sexdən çörək almağa helikopterlə gedib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun bu hərəkəti çoxlarını təəccübləndirib.

Məlumatda qeyd edilir ki, polşalı qolcünün xanımı yazlıq evlərinin yerləşdiyi Polşanın 400 saylı Stanzleven qəsəbəsində çörək bişirən yer olmadığı üçün çörək almaq üçün yola çıxıb. Ancaq Levandovskinin xanımı Anna 30 kilometr uzaqlıqdakı sexə getmək üçün saatı təxminən 500 avro olan hava taksisi kimi helikopter icarəyə götürüb.

İldə 12 milyon avro qazanan Robert Levandoskinin xanımı çörəyi və digər ehtiyaclarını aldıqdan sonra hava taksisi ilə yenidən evinə qayıdıb.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir