Modern.az

Ekstremist qadın məscidə donuz baş tulladı - FOTOLAR

Ekstremist qadın məscidə donuz baş tulladı - FOTOLAR

13 İyul 2015, 00:26

Varşavadakı Müsəlman Mədəniyyət Mərkəzinə donuz başı və ölmüş heyvanın bədəninin digər hissələrini atıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli polis heyvanın hissələrini bağlamada aşkarlayıb. Məscidi murdarlayan “Polşa müdafiə liqası” millətçi təşkilatının nümayəndəsi olan bir qadındır.

Hüquq-mühafizə orqanları millətçi qadının bu hərəkətini məscidə təhqir hesab edir. Bu səbəbdən ona qarşı ittiham irəli sürüləcəyi bildirilir. Əgər bu baş verərsə, ekstremist qadın minimum 2 il azadlıqdan məhrum ediləcək.

Polşanın paytaxtındakı Müsəlman Mədəniyyət Mərkəzi iki həftə əvvəl fəaliyyətə başlayıb. Mərkəzdə təhsil müəssisəsi, məscid və Şərq malları satılan mağaza var. Mərkəzin tikintisinə 5 il gedib, ancaq Varşava sakinlərinin çoxu şəhərdə bu mərkəzin yaradılmasının əleyhinə çıxıblar. Bu səbəbdən 2014-cü ilin sentyabr ayında məscidə pnevmatik silahdan atəş açılıb.

Yerli KİV-də verilən xəbərə görə, yaxınlarda Varşavadakı müsəlman xadimlərinə zərflərdə xırda-xırda bekonlar göndərilib. “Polşa müdafiə liqası”nın lideri Dariuş Mazurek bu aksiyanın təşkilatçılığına görə cavabdehliyi öz üzərinə götürüb.






Modern.az     
 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı