Modern.az

Məşhur narkobaron həbsxanadan qaçıb

Məşhur narkobaron həbsxanadan qaçıb

Dünya

13 İyul 2015, 01:11



“Tösmərək” (“El Çapo”) ləqəbli meksikalı narkobaron Xoakin Qusman ikinci dəfə həbsxanadan qaçıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu, “Sinaloa” kartelinə rəhbərlik edən El Çaponun həbsxanadan ikinci qaçışıdır.

Onu sonuncu dəfə duş otağının yanında görüblər. Həbsxanaya yaxın hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. El Çapo 2014-cü ildə Meksika və ABŞ xüsusi xidmətlərinin birgə əməliyyatı zamanı həbs edilib.

“Forbes” jurnalinının versiyasına görə, o, 2011-ci ildə dünyada ən çox axtarılan cinayətkarlar sırasında birinci yerdə olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir