Modern.az

Nazir: “Əvvəllər bizdə polisə “itlər” deyə çox pis ad qoymuşdular...”

Nazir: “Əvvəllər bizdə polisə “itlər” deyə çox pis ad qoymuşdular...”

10 Oktyabr 2010, 22:28

Gürcüstan hökuməti təzə ildən ölkədə sürücülərdən sürücülük vəsiqəsi daşımağı tələb etməyəcək. Modern.az gürcü mətbuatına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri İvane Merabişvili bildirib.

”Gələn il heç kimdən sürücülük vəsiqəsi tələb olumayacaq. Yol patrulu sürücünü saxlayarkən onun adı və soyadını soruşacaq, kompüterdə şəklinə baxacaq ki, bu həmin adamdır ya yox. Bu addımla sözügedən sahədəki bürokratiya aradan qalxmış olacaq. Belədə hökumətin vətəndaşın şəxsi işinə müdaxiləsi azalacaq”-deyə İvane Merabişvili bildirib. Nazir fəxrlə deyib ki, Gürcüstan DİN sistemində həyata keçirilən islahatlardan sonra yollarda rüşvətxorluğun kökü tamamilə kəsilib: “Biz bütün yaşlı yol polislərini dincəlməyə göndərdik. Onların əvəzinə yeni gənc işçilər cəlb olundu və bu əməkdaşlar öz işlərinə vicdanla yanaşaraq əməlləri ilə göstərdilər ki, yaxşı polis işçisi olmaq mümkündür. İndi Gürcüstanda polisə inam 82 % təşkil edir. Əvvəllər Gürcüstanda polisə çox pis ad qoymuşdular. Onları “itlər” adlandırrıdılar. Artıq mən çoxdandır polis barədə belə söz eşitmirəm. Biz telefonla cinayətkarları da dinləyirik. Hətta onlar polis barəsində bu sözü işlətmirlər. İndi əminliklə deyə bilərik ki, gürcü polisində heç kim rüşvət götürmür”. Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir