Modern.az

Meksikada bir nömrəli narkobaronun axtarışına mükafat ayrıldı

Meksikada bir nömrəli narkobaronun axtarışına mükafat ayrıldı

14 İyul 2015, 11:32



Meksika hökuməti ikinci dəfə həbsxanadan qaçan bir nömrəli narkobaron “Bəstəboy” ləqəbli Xoakin Qusmanın ələ keçməsinə yardımçı olacaq şəxsə 60 milyon peso (3,8 milyon dollar) mükafat təyin edib. Modern.az-ın xarici KİVG-ə istinadən verdiyi xəbərə görə, Meksikanın daxili işlər naziri Miqel Anxel Osorio Çonq deyib ki, Qusmanın həbsxanadan qaçmasında Altiplano həbsxanasının əməkdaşları cavabdehdirlər.

Bu hadisəyə görə həbsxananın rəhbəri də daxil olmaqla penitensiar xidmətin 3 əməkdaşı işdən çıxarılıb. Məlum olub ki, Qusmanın qolunda  elektron bilərzik və 24 saat boyunca müşahidə altında saxlanılmasına baxmayaraq, qaçmağa nail olub. Qusman 2014-cü ilin fevral ayında Sinaloa ştatında Meksika və ABŞ narkotik polislərinin birgə həyata keçirdiyi əməliyyat zamanı həbs edilib. Onu Masatlan kurortundakı otellərdən birində yaxalayıblar.  

Digər məlumata görə, narkobaronun həbsxanadan qaçdığı üçün həbsxananın 49 əməkdaşı həbs edilib. Bunların arasında həbsxananın direktoru Valentin Kardenas Lerma, mühafizəçilər və administrasiya personalı da var.    

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir