Modern.az

Deputatın mandatı əlindən alınır

Deputatın mandatı əlindən alınır

14 İyul 2015, 15:16



Ukraynanın Zakarpatye vilayətinin Mukaçevo rayonundakı atışmada iştirak edən “Sağ sektor” təşkilatının rəhbəri və Ali Radanın deputatı Dmitri Yaroşun mandatı əlindən alınacaq. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, Mukaçevodakı hadisə zamanı radikallar bütün hədləri aşaraq dövlətin təhlükəsizliyinə ciddi əsas yaradıblar.

O deyib ki, Daxili İşlər Nazirliyi Baş Prokurorluqla birgə Ali Rada qarşısında Dmitri Yaroşun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı məsələ qaldırmağı planlaşdırır: “Bu sənəd yaxın zamanda parlamentə təqdim ediləcək”.  

Daxili İşlər Nazirliyinin Yaroşa iradı odur ki, radikal millətçilərin lideri Zakarpatyedəki hadisələrdən xəbər tutsa da, “Sağ sektor”un yaraqlı qruplaşmasını həmin regiondan geri çəkilməyə çağırış etməyib və guya vəziyyətə nəzarət etdiyini söyləyərək hakimiyyətlə əməkdaşlıq etməyib.

Britaniyanın nüfuzlu  “The Times” qəzeti “Sağ sektor”un döyüşçülərini faşist yaraqlıları adlandırıb.

Digər məlumata görə, “Sağ sektor”a görə Ali Radadakı mübahisə az qala əlbəyaxa dava ilə nəticələnsin. Heç bir fraksiyada təmsil olunmayan deputat Vladimir Parasyuk yumruğu ilə “Sağ sektoru” tənqid edən “Dirçəliş” partiyasından olan deputat Viktor Bondaryanın üstünə cumub. Ancaq digər deputatlar cidi insidentin baş verməsinin qarşısını alıblar.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir