Modern.az

Avropa iqtisadi hökuməti yaradıla bilər

Avropa iqtisadi hökuməti yaradıla bilər

Dünya

14 İyul 2015, 20:52


Fransa prezidenti Fransua Olland avro zonasında Yunanıstan böhranı dalğasında valyuta ittifaqı ölkələrinin qarşılıqlı inteqrasiyanın möhkəmləndirilməsi üçün xüsusi valyuta parlamentinin yaradılmasını təklif edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Fransa lideri bu haqda Bastiliya qalasının alınması ilə bağlı ölkənin milli bayramına həsr olunan ənənəvi müsahibəsində danışıb.

Olland deyib ki, iqtisadi hökumətə gəldikdə, tədricən irəliləməyi təklif edir: “Yaxşı olardı ki, vahid Avropa iqtisadi hökuməti olsun”.

Onun fikrincə, belə orqanın yaradılması Avropa İttifaqındakı böhranın qarşısını almağa kğmək edər.

Fransa lideri qeyd edib ki, valyuta ittifaqı üzvü olan ölkələrə daha çox birləşmək lazımdır. O, xüsusi iqtisadi hökumətin yaradılması ilə yanaşı, əlavə tədbirlərin – ümumi büdcənin formalaşdırılmasından tutmuş iqtisadiyyatə idarə edən vahid sistemin və vergi sistemlərinin yaxınlaşdırılmasını da təklif edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü