Modern.az

Karlos Tevez Argentinaya qayıtdı: 40 min adam qarşıladı

Karlos Tevez Argentinaya qayıtdı: 40 min adam qarşıladı

Dünya

15 İyul 2015, 09:55


Futbolçu kimi yetişdiyi klubu “Boka Juniors”a geri dönən Karlos Tevez üçün müdhiş bir mərasim təşkil edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, argentinalı ulduz 11 il sonra döndüyü “Boka Juniors”da 40 min tərəfdar tərəfindən coşqu ilə qarşılanıb.  

Ölkəsinin öndə gedən klublarından “Boka Juniors”da yetişən və Avropada “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi nəhənglərin formalarını geyən Karlos Tevez yetişdiyi yerə geri dönüb. “Yuventus”dan ayrılaraq evinə dönən Tevez üçün müdhiş mərasimdə “xoş gəldin” demək üçün Bombonera stadionuna 40 min tərəfdar axın edib.  

Ötən mövsüm İtaliya klubu “Yuventus”da forma geyən və komandasının UEFA Çempionlar Liqasında finala yüksəlməsində böyük pay sahibi olan 31 yaşlı oyunçu 40 min tərəfdar qarşısında xoşbəxtliyini dilə gətirərkən deyib: “Artıq evimdəyəm. Bu qədər insanın məni görmək üçün bura gəlməsi inanılmazdır. Bu möcüzə bir şeydir. Tərəfdarın bu ehtirası üçün minnətdarım”.  



Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir