Modern.az

Türkiyə 10%-lik seçki baryerini aşağı salacaq

Türkiyə 10%-lik seçki baryerini aşağı salacaq

16 İyul 2015, 01:33


Türkiyənin baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyası (AKP) adından ölkənin seçki qanunvericiliyində dəyişikliyi nəzərdə tutan təklif irəli sürəcəklərini deyib. Modern.az-ın məlumatına görə, NTV telekanalına müsahibəsində baş naziri bildirib ki, parlament seçkiləri zamanı 10%-lik seçki baryerinin aşağı salınmasını təklif edəcəklər. Davudoğlu koalisiya hökuməti qurulandan sonra bu təklifin müzakirəyə çıxarılacağını istisna etməyib.

Yeri gəlmişkən, koalisiya hökumətinin qurulması istiqamətindəki görüşlərə toxunan baş nazir AKP ilə CHP arasında danışıqların müsbət istiqamət aldığına işarə edib.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, səsvermə yekununda ümumi səslərin 10%-lik həddini aşa bilən partiyalar Böyük Millət Məclisində təmsil olunmaq şansı qazanır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir