Modern.az

Obama Putinə zəng etdi: Liderlər nədən danışdılar? – TƏFƏRRÜAT

Obama Putinə zəng etdi: Liderlər nədən danışdılar? – TƏFƏRRÜAT

16 İyul 2015, 09:52

 

ABŞ prezidenti Barak Obama ilə Rusiya dövlət başçısı Vladimir Putin telefonla İranın “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) ilə əldə etdiyi nüvə razılaşmasını müzakirə ediblər.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, liderlər İranın nüvə proqramı üzrə hərtərəfli razılığın əldə olunmasını yüksək qiymətləndirdiklərini və bunun beynəlxalq cəmiyyətin maraqlarına cavab verdiyini vurğulayıblar.  

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İran-Qərb anlaşmasının nüvə silahı yayılmaması rejiminin möhkəmlənməsinə imkan yaradıldığı qeyd edilib.

Həmçinin bildirilib ki, ABŞ və Rusiya prezidentləri Vyanada imzalanmış yekun saziş Yaxın Şərq regionunda gərginliyin azalmasına, dünyada təhlükəsizliyin təmin olunmasında rol oynaya bilər. Bu istiqamətdə Rusiya-ABŞ dialoqunun rolu qiymətləndirilib.  

Qeyd edək ki, iyulun 14-də “5+1” formatında İranın nüvə proqramının məhdudlaşdırılmasına dair aparılan müzakirələr yekun razılaşmanın əldə edilməsi ilə nəticələnib.

Aqşin Kərimov      


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi