Modern.az

İsrail höküməti İsrail vətəndaşı olmaq istəyənlərin qarşısına şərt qoydu

İsrail höküməti İsrail vətəndaşı olmaq istəyənlərin qarşısına şərt qoydu

11 Oktyabr 2010, 15:14

İsrail höküməti İsrail vətəndaşı olmaq istəyənlərin qarşısına şərt qoydu. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail hökümətinin yeni qərarına əsasən, İsrail vətəndaşı olmaq istəyələr “Yəhudi və Demokratik İsrail” üzərinə sədaqət andı içməlidir. Kabinetin İşci partiyasının üzvləri bu qərara  etiraz etsələr də, qərar sağcı nazirlərin təkidilə qəbul edilib.

Səsverməyə çıxarılan qanun  kabinetdə mübahisələrə səbəb olub. Qanunu hazırlayan ədalət naziri Yakov Neman  bildirib ki, yəhudi və ya yəhudi olmayanlar bərabər şəkildə İsrailin “Yəhudi və Demokratik İsrail” üzirinə sədaqət andını içməlidir. Müzakirələrdə çıxış edən baş nazir Netanyahu qanunu dəsdəklədiyini bildirib: ”İsrail dövləti yəhudi xalqının milli, bütün xalqların isə demokratik dövlətidir”-deyə o vurğulayıb.
Netanyahu  eyni zamanda İsrailin Orta Şərqdəki tək demokratik dövlət olduğunu da qeyd edib. O, dünyada ikinci bir yəhudi dövlətinin olmadığını bildirərək, onlara qatılmaq istəyənlərin tələb olunan şərtlərə əməl etməli olduqlarını qeyd edib.

İsrailin İşçi Partiyası lideri və müdafiə naziri Ehud Barak isə qanuna bəzi dəyişikliklər edilməzsə, qanunun  əleyhinə səs verəcəyini acıqlayıb. Belə ki, Ehud Barak  sədaqət andında işlədilən “Yəhudi və demokratik dövlət” ifadəsi yerinə 1948 –ci il tarixli Müstəqillik aktının  işlənməsini istəyir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?