Modern.az

Bağdadinin qərarı İŞİD-i iki yerə böldü

Bağdadinin qərarı İŞİD-i iki yerə böldü

Dünya

19 İyul 2015, 12:59



Terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) lideri Əbubəkr Əl Bağdadinin təşkilata göndərdiyi bir əmrlə vəhşi edam kadrlarının yayımlanmasını qadağan etdiyi və buna qarşı çıxanlar olduğu iddia edilib. Modern.az bildirir ki, İngiltərədə dərc olunan “Daily Mail” qəzetinin aranews.net adlı internet saytına istinadən verdiyi xəbərə görə, Bağdadinin qərarının arxasında “edam materiallarının uşaqları qorxutduğunu düşünən digər müsəlmanları incitməmək fikri olduğu” ifadə edilib.

Xəbərdə Bağdadinin qərarının təşkilatda ikitirəlik yaratdığına da diqqət çəkilib.

Bildirilir ki, bir təbəqə qəfəsdə boğma, hündür binadan atma, baş kəsmə kimi videoların təşkilatın imicinə zərər verdiyini düşünür. Digər təbəqə isə bu cür görüntülərin təşkilatın mövcudluğuna fayda verdiyi fikrini müdafiə edir.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!