Modern.az

Sərkisyanın yeni mətbuat katibi keçmiş “KQB” işçisi oldu

Sərkisyanın yeni mətbuat katibi keçmiş “KQB” işçisi oldu

Dünya

19 İyul 2015, 17:33


Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vladimir Akopyan prezidenti Serj Sərkisyanın mətbuat xidmətinin yeni rəhbəri təyin edilib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, o, əvvəllər Milli Təhlükəsizlik Xidmətinin baş idarəsində şöbə rəisi işləyib.

Digər sərəncamla Arman Saqatelyan mətbuat katibi vəzifəsindən azad edilib.

Vladimir Akopyan 1982-ci il noyabrın 26-da Yerevanda anadan olub. 1998-2003-cü illərdə Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin radio jurnalistikası bölməsində oxuyub.

2006-cı il dekabrın 11-dən 2015-ci il iyulun 17-nə qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətində işləyib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı