Modern.az

Prezident əməliyyat edildi

Prezident əməliyyat edildi

19 İyul 2015, 17:38



Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zumanın əməliyyat yolu ilə öd kisəsindən daşlar çıxarılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Prezident Administrasiyasının saytında bildirilir ki, həkimlər əməliyyatın nəticəsindən razıdırlar.

Klinikadan buraxılan prezident bir neçə gün evdə istirahət edib gücünü bərpa edəcək. Dövlət başçısının səhhəti ilə bağlı problem iki ay əvvəl tibbi müayinə zamanı aşkarlanıb. Ancaq sıx iş cədvəlinə görə heç cür xəstəxanada yata bilmirdi. Belə fürsət CAR parlamenti və hökumətinin tətili zamanı ələ düşüb. CAR prezidenti son bir ildə ikinci dəfə xəstəxanaya düşür. Zuma ötən ilin iyun ayında xəstəxanada ardıcılı tibbi müayinədən keçirilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir