Modern.az

Bu gün Kuba və ABŞ-da iki ölkənin səfirlikləri açılacaq

Bu gün Kuba və ABŞ-da iki ölkənin səfirlikləri açılacaq

Dünya

20 İyul 2015, 11:21



İyulun 20-də Havana və Vaşinqtonda 50 ildən çox sonra ilk dəfə ABŞ və Kubanın səfirlikləri açılacaq. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, iki ölkə arasında münasibətlər 1960-cı illərin əvvəllərində, ABŞ Kuba ilə diplomatik əlaqələri pozub və bu ölkəyə qarşı ticarət qadağası tətbiq edib.

1977-ci ildən hər iki ölkədə diplomatik missiyalar fəaliyyət göstərib, bu, ABŞ və Kuba maraqları missiyası adlandırılıb. Bu diplomatik missiya İsveçrənin egidası altında fəaliyyət göstərsə də, səfirlik statusu olmayıb. 2014-cü illərin axırlarında ABŞ və Kuba iki ölkə arasında diplomatik münasibətlərin normallaşması üçün səylər başlayıb. Bu ilin aprel ayında uzun illər ərzində ilk dəfə Barak Obama və Raul Kastro danışıqlar üçün görüşüblər. Görüşdən sonra Barak Obama Kubanı terrorçuluğa sponsorluq edən ölkələr sırasından çıxarıb.

Modern.az
   
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü