Modern.az

Dövlət KİV-lərinə 51 milyon 223 min 569 manat ayrılacaq

Dövlət KİV-lərinə 51 milyon 223 min 569 manat ayrılacaq

12 Oktyabr 2010, 14:31

Hazırda Milli Məclisin müzakirəsində olan Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi haqda qanun layihəsində dövlət büdcəsindən maliyyələşən KİV-lərə nə qədər vəsait ayrılacağı maraq doğurur.
Modern.az saytı bununla bağlı parlamentin Mədəniyyət komitəsindən məlumat əldə edib. Komitədən saytımıza verilən məlumata görə, gələn ilin dövlət büdcəsi zərfində radio, televiziya və nəşriyyatlara ümumilikdə  51 milyon 223 min 569 manat vəsait ayrılması nəzərdə tutulub.

Həmin vəsaitin 5 milyon 565 min 027 manatı Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) ayrılacaq.

Gələn il “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) bundan xeyli çox – 30 milyon 138 min 502 manat vəsait nəzərdə tutulub.

Azərbaycan İctimai Televiziya və Radio Yayımı Şirkətinə 2011-ci ilin dövlət büdcəsindən 12 milyon 008 min 141 manat xərclənəcək.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyinin saxlanmasına 2011-ci ilin dövlət büdcəsindən 459 min 819 manat sərf olunacaq.

”Azərbaycan” Nəşriyyatının gələn il üçün dövlət büdcəsində payı 652 min 080 manat nəzərdə tutulub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?