Modern.az

ABŞ kimyəvi silah ehtiyatlarının 80%-ni, Rusiya isə 50%-ni məhv edib

ABŞ kimyəvi silah ehtiyatlarının 80%-ni, Rusiya isə 50%-ni məhv edib

13 Oktyabr 2010, 12:47

Dünyada mövcud olan kimyəvi silah ehtiyatının təxminən 62% məhv edilib. Bu barədə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının baş direktoru, Türkiyənin BMT-nin Cenevrə ofisinin nümayəndəsi, səfir Əhməd Üzümcü məlumat verib. Onun sözlərinə görə bu olduqca əhəmiyyətli hadisədir.
Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ə.Üzümcü təşkilatda son dövrlərdə dəyişikliklərin və dünyadakı mövcud kimyəvi silah ehtiyatlarının məhv edilməsində əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.

”Bu gün əldə olunan nəticə 62%-dir.Bu cox əhəmiyyətli hadisədir. ABŞ kimyəvi silah ehtiyatlarının 80%-ni, Rusiya 50%-ni məhv edib. Gələcək 5-10 il ərzində silahların bütövlükdə məhv edilməsini ümid edirik ” –deyə o, qeyd edib.
Üzümcü eyni zamanda müqaviləyə üzv olmayan 7 ölkənin (Suriya, Misir, İsrail, Myanma, Şimali Koreya, Anqola və Somali) müqaviləyə cəlb etmək ücün səy göstərdiklərini, Nyu-Yorkta bu ölkələrin təmsilciləri ilə ikitərəfli danışıqların aparıldığını da diqqətə catdırıb. Xatırladaq ki, kimyəvi silahların qadağan edilməsi müqaviləsinə 118 ölkə üzvdür.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı