Modern.az

4166 əsir və itkin düşmüş, girov götürülmüş soydaşımız qeydiyyatdadır

4166 əsir və itkin düşmüş, girov götürülmüş soydaşımız qeydiyyatdadır

Ölkə

2 Sentyabr 2009, 10:47

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2009-cu ilin ötən dövrü ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 50 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 18 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 20 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 8 nəfərin isə siyahılardan təkrar keçdiyi, 4 nəfərin isə  münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Işçi qrupu məlumat yayıb.

Beləliklə, 1 sentyabr 2009-cu il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4166 nəfər təşkil edir. Onlardan 3364 nəfər hərbçi, 795 nəfər mülki şəxslərdir (7 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).

Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 354 nəfər yaşlı şəxsdir (152 nəfər qadın).

Əsir, itkin düşmüş 4166 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.

İndiyədək əsir və girovluqdan 1396 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1053 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı  şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 552 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 447 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi