Modern.az

“Günəbaxan” Turan da rəsmən deputatlığa namizəd oldu

“Günəbaxan” Turan da rəsmən deputatlığa namizəd oldu

Media

14 Oktyabr 2010, 10:34
ANS televiziyasının daha bir əməkdaşına seçkilərdə iştirak etmək üçün “yaşıl işıq” yandırılıb.Teleşirkətin yayımladığı “Günəbaxan” verilişinin aparıcısı Turan (Samir) İbrahimovun25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınıb. Bu barədə Modern.az-a DSK-dan məlumat veriblər.

Turan İbrahimov seçkilərdə bitərəf namizəd kimi iştirak edəcək. Əvvələr telekanallarda şou-bizneslə bağlı verilişlər hazırlayan T.İbrahimov bu ildən etibarən ANS –in sosial problemləri işıqlandıran səhər proqramı olan “Günəbaxan”ı aparır.
Qeyd edək ki, bu dairədən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da deputatlığa namizəddir.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır