Modern.az

Yəhidi deputat İran prezidentini hədələdi: “…yoxsa Əhmədinejat ölkəsinə sağ qayıtmayacaq”

Yəhidi deputat İran prezidentini hədələdi: “…yoxsa Əhmədinejat ölkəsinə sağ qayıtmayacaq”

14 Oktyabr 2010, 13:34

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin sağçı Milli Birlik Partiyasının üzvü, deputat Arye Eldad “İsrail sərhədlərinə daş atacağı” iddia edilən İran prezidenti Əhmədinejata olduqca sərt cavab verib.
Eldad “İran prezidenti bizə daş atmaq üçün əgər İsrail silahlı Qüvvələrinin sərhəd zonasına girərsə ölkəsinə canlı olaraq dönməsinə icazə verə bilmərik” deyə acıqlama verib.

Qeyd edək ki, İran prezidenti İsrail və Livan sərhəddi yaxınlığında yerləşən və müharibə zamanı İsrail təyyarələrinin bombalarına məruz qalan kəndlərə səfər edib. Əhmədinejatın burada İsrail əsgərlərinə simvolik olaraq daş atması ilə bağlı xəbərlər bəzi mətbu orqanlarda öz əksini tapmışdı.
İran prezidenti dünən Livana gedib. Mahmud Əhmədinejat bu ölkədə "rok ulduzu" kimi qarşılanıb.

Əhmədinejadın bu gün İsrail ilə Livan sərhədi yaxınında olan və müharibə zamanı İsrail təyyarələrinin ağır bombardmanı altında qalan kəndlərə də səfər edəcəyi gözlənilir. Onun məhz buradan İsrail əsgərlərinə simvolik olaraq daş atacağı bildirilmişdi.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır