Modern.az

Aysel Teymurzadə haradadır?

Aysel Teymurzadə haradadır?

Ölkə

14 Oktyabr 2009, 15:35

“Eurovision-2009" mahnı yarışmasında Azərbaycanı uğurla təmsil edən Aysel Teymurzadədən xeyli vaxtdır səs-soraq yoxdur. Bir müddətdir ilk albomunun hazırlığı ilə məşğul olan sənətçi bununla əlaqədar tez-tez İsveçə gedib-gəlməli olur. Aysel Teymurzadənin dostu Feliks Vişnyevskiy Modern.az-a bildirib ki, sənətçi xanım bir müddət öncə İsvçin “Murnıx Müzik” şirkətilə müqavilə başlayıb. Onun albomunu həmin şirkət hazırlayır. Müqaviləyə əsasən, albom hazır olmamış Aysel heç yerdə ifa etməməlidir. Feliks Vişnyevskiy deyib ki, Ayselin başı albom hazırlıqlarına bərk qarışdığından mətbuatla əlaqələrə də fasilə verməli olub. Baxmayaraq ki, hazırda o, Bakıdadır. Yeri gəlmişkən, müqaviləyə əsasən A.Teymurzadəyə Henrix Ulmall prodüsserlik edir. O, həm də  “Eurovision-2009" mahnı yarışmasında Ayselin duet ortağı Araşın prodüsseridir. Ayselin albom hazırlıqlarına Araş da kömek edir. Azərbaycanlı sənətçinin ilk albomu yaxın vaxtlarda hazır olacaq. “Aysel albom hazır olandan sonra Bakıda onun təqdimatını keçirəcək”-deyə müğənninin dostu bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir