Modern.az

Novruz Aslanov təbliğat-təşviqata başlayıb

Novruz Aslanov təbliğat-təşviqata başlayıb

15 Oktyabr 2010, 10:34

Tərcümeyi-halı

Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan) 1963-cü il mart ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun «Avtomatika və elektron hesablamı texnikası» fakultəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirib. 1985-1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəzifələrində çalışıb. 1990-1999-cu illərdə «Azərağackağız» Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifəsində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. 2005-ci ildən Milli Məclisin deputatıdır. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur. Yeni Azərbaycan Partiyası tərəfindən 2003-cü il Prezident seçkilərində cənab Heydər Əliyevin vəkili, 2008-ci il Prezident seçkilərində cənab İlham Əliyevin vəkili olub. «Varlı olmaq istəyirsənsə», «Xeyir və Şər», «Mənim düşüncələrim» (Qızıl Xaç və Qızıl Aypara hərəkatı haqqında), «Qızıl Aypara dünən, bugün, sabah», «Bir daha insan haqqında», «Əbədi həyat və möcüzəli varlıq», «Azərbaycan Qızıl Aypara Cəmiyyəti-zamanın axarında», «İnsan və onun möcüzəli dünyası» kimi ədəbi və elmi-kütləvi kitabların müəllifidir. Bunlarla bərabər o, bir çox sevilən mahnıların müəllifi, «Humay İlahəsi» mükafatının və «Qrand» musiqili milli-ictimai mükafatın laureatıdır. 2007-ci ildə «Parlament Jurnalistləri» İctimai Birliyi tərəfindən təsis olunmuş «Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili» adına layiq görülüb.  «Amerika Bioqrafiya İnstitutu» tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı elan olunub və 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə «İlin Adamı» medalı ilə təltif olunub. 2009-cu ildə Milli Məclisdə göstərdiyi fəaliyyətə görə «Qızıl Buta», 2010-cu ildə Azərbaycanın həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasındakı xidmətlərinə görə «Qız Qalası» Milli Mükafatına layiq görülüb.                 

Novruz Aslanov Yusif Məmmədəliyev adına medala layiq görülüb və Respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla «Tərəqqi» medalı, 4 mart 2010-cu il tarixdə 3-cü dərəcəli «Vətənə Xidmətə görə» ordeni ilə təltif olunub. **** Görüşləri

15 oktyabr 2010-cu il 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan) təbliğat təşviqat kampaniyasına start verib. Novruz Aslanov 15 oktyabr 2010-cu il tarixdə seçki kampaniyasını ilk olaraq rayonun ən ucqar dağ kənlərindən başlayıb. Öncə Brovdal kəndində, ardınca da Çandahar, Əhən, Həftəsiyab, Zarat, Dvoryan, Qoydan və Ximran kəndlərində seçicilərilə görüşlər keçirilib.

Görüşlərdə yerli sakinlər N.Aslanovu çox səmimi qarşılayaraq havanın əlverişsiz olmağına baxmayaraq onların görüşünə gəlməsindən məmnun olduqlarını və təşəkkürlərini bildiriblər.  Bütün kəndlərdə keçirilən görüşlərdə seçicilər N.Aslanova onlar üçün gördüyü işləri bir daha xatırladaraq namizədə bu seçki prosesində də uğurlar arzulayıblar və öz dəstəklərini əsirgəməyəcəklərini vurğulayıblar. Ötən 5 il müddətində N.Aslanovun bu kəndlərin əhalisi üçün etdiyi köməklikləri, xüsusilə, Əhən kəndində yeni elektrik transformatorunun quraşdırılması, tələbələrin təhsil haqqının ödənilməsi, xəstə uşaqların müalicəsi və digər işlər barədə danışan yerli sakinlər belə tədbirlərin bundan sonra da davam edəcəyinə inandıqlarını bildiriblər.  Görüşlərdə kənd ağsaqqalları ilə səmimi söhbətlər edilib, təklif və problemlər barədə müxtəlif fikirlər səsləndirilib.  Məlumat üçün bildirək ki, bu kəndlər Baba Dağın ətəyində yerləşən ən ucqar kəndlərindəndir.

*** 16 oktyabr

16 oktyabr 2010-cu il tarixdə deputatlığa namizəd Novruz Aslanov (Novruz Aslan) seçki kampaniyasının ikinci gününü də rayonun ən ucqar dağ kənlərindən olan Vaşa, Müdrü, Müdrüsə, Nanıc, Mulux, Yuxarı Cülyan, Lahıc və Ərəgit kəndlərində seçicilərilə görüşdə keçirib. Namizədin seçki qərargahının məlumatına görə, əsrarəngiz təbiətə malik olan bu kəndlər o qədər ucqar ərazilərdə yerləşir ki, onların hər birində 20-25 ev vardır. N.Aslanovun səlahiyyətli nümayəndələri və vəkilləri ilə birlikdə əlverişsiz yollara baxmayaraq sakinlərlə görüşə gəlməsi yerli sakinlərdə məmnunluq hissləri yaradıb. 

Sakinlər N.Aslanovun yenidən onların görüşünə gəlməsi münasibətilə ona öz təşəkkürlərini bildirib və bir daha vurğulayıblar ki, bu seçkilərdə də bir namizəd kimi onu dəstəkləyirlər. Bütün kəndlərdə keçirilən görüşlərdə seçicilər N.Aslanova gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Görüşlərdə sakinlərlə səmimi fikir mübadiləsi aparan N.Aslanov dövlətin həyata keçirdiyi layihələrdən, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından danışaraq son illərdə həyata keçirilən abadlıq-quruculuq işlərinin sakinlərin rifahınının yüksəldilməsinə şərait yaratdığını bildirib. Yeni iş yerlərinin açıldığını, müxtəlif təsərrüfat obyektlərinin yaradıldığını, İsmayıllı rayonunda turizmin inkişaf etdiyini önə çəkən N.Aslanov dövlətin sosial yönümlü siyasətinin əsas inkişaf kursları barədə sakinləri ətraflı məlumatlandırıb. Öz platforması barədə sakinlərlə söhbət edib. Onlar da öz növbəsində dövlətin bu siyasətini dəstəklədiklərini bildiriblər. Görüşlərin sonunda sakinlər N.Aslanova bir daha təşəkkürlərini bildirərək uğurlar arzulayıblar.

 

 

 

Lahıc kəndində...

 

Vaşa kəndində...

 

Müdrü kəndundə...

 

Yuxarı Cülyan kəndində...

*** 17 oktyabr
17 oktyabrda seçki kampaniyasının 3-cü günü də N. Aslanov dağ kəndlərindən olan Qəndov, Yuxarı Zərnava və Qaraqaya kənd sakinləri ilə görüşlərini keçirdi. Görüşdə N. Aslanov öz platformasından geniş söhbət açaraq gələcəkdə görüləsi işlər barədə danışdı. Kənd sakinləri N. Aslanova onları yenidən görmək üçün kəndlərinə gəlməsi münasibətilə təşəkkürlərini bildirdilər. Qəndov kənd sakini Musuyeva Firuzə evinin yandığını və Novruz müəllimin ona müvafiq yardımın göstərdiyini xatırladaraq sakinlərin ona dəstək verəcəklərinə əminliyini bildirdi. Yuxarı Zərnava kənd ağsaqqalı Ağayev Ağaverdi Novruz müəllimə etdiyi müraciəti əsasında ona müharibə veteranı kimi nəzərdə tutulmuş avtomobillə təmin edildiyinə görə öz dərin təşəkkürünü bildirdi, hər zaman onun görüşünə ümid etdiyini və bu gün bu görüşün ona nəsib olduğundan məmnun olduğunu nəzərə çatdırdı. Qaraqaya kənd ağsaqqalı Abbasov İsbat oğlunun Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşdüyünü və ona oğlu barədə məlumatın əldə edilməsinə köməkliyin göstərilməsini Novruz Aslanovdan xahiş etdi. N. Aslanov öz növbəsində bu məsələ ilə müvafiq dövlət komissiyasının məşğul olduğunu vurğulayaraq ona köməkliyin göstərəcəyini  bildirdi. Ümumiyyətlə, bu kəndlərdə keçirilən görüşlərdə mövcud problemlər barədə də fikir mübadiləsi aparıldı. N. Aslanov bir daha sakinlərə respublikanın şəhər və rayonlarında həyata keçirilən tədbirlərdən, həmçinin dövlətin sosial yönümlü proqramları barədə söhbət açdı.  

 

 

 

Qəndov kəndində...

 

 

Qaraqaya kəndinə...

18 oktyabr

18 oktyabrda N. Aslanov öz təşviqat kampaniyasının qrafikinə uyğun olaraq İsmayıllı rayonunun 4 kəndində seçicilərlə görüşlər keçirdi. Bunlar Yeniyol, Təzəkənd, Ağbulaq və Qoşakənd kəndləridir. Bu kəndlərdə ardıcıl olaraq keçirilən görüşlərdə sakinlər Novruz Aslanovu çox böyük sevgi ilə qarşıladılar. İlk olaraq N. Aslanov öz platforması ilə sakinləri tanış etdi. Gələcəkdə nəzərdə tutulmuş işlər barədə ətraflı məlumatlar verdi. Dövlətin regionlarda həyata keçirdiyi sosial-iqtisadi tədbirlərdən və digər uğurlardan danışdı. Sakinlərdə öz növbəsində rayonda aparılan yenidənqurma işlərindən razılıqlarını və bu işlərin davamlı olacağına inandıqlarını bildirdilər. Sakinlər N. Aslanova mövcud problemlər barədə, xüsusilə təbii qazın çəkilişi barədə suallar verməklə yanaşı, həmçinin, kəndlərdə görülən işlər barəsində də danışdılar. Bu işlərin çoxunda N. Aslanovun xüsusi imzasının olduğunu nəzərə çatdırdılar. Yeniyol kəndində orta məktəb binasının təmirinə, Ağbulaq kəndində yeni məktəb binasının istifadəyə verilməsinə, Qoşakənddə məktəb binasının əsaslı təmirinə göstərdiyi diqqətə və Təzəkən kəndinə təbii qazın çəkilişinə nail olduğuna görə N. Aslanova öz təşəkkürlərini bildirdilər. Bu kəndlərdə keçirilən görüşlərdə sakinlər bir daha N. Aslanovu İsmayıllı rayonundan millət vəkili görmələri arzusunda olduqlarını vurğuladılar. Məlumat üçün bildiririk ki, bu kəndlər də dağlıq ərazilərdə yerləşir. Ağbulaqda... Qoşakənddə... Yeniyol kəndində... *** 19 oktyabr

st1:*{behavior:url(#ieooui) }

19 oktyabrda N.Aslanov İsmayıllı rayonunun səfalı guşələrindən biri olan, mədəniyyətimizin inkişafına töhfələr verən Basqal qəsəbəsi və onun ətrafında yerləşən kəndlərdə seçicilərlə görüşlər keçirdi. Bu kəndlər Sulut, Mücü, Xankənd, Tağlabiyan, Zeyvə, Sərsurə, Kürdivan, Zərgəran və Bizlan kəndləridir.

İlk olaraq Sulut kəndində sakinlər ilə görüşdə N. Aslanov dövlətin həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumatlar verdi. Regionlarda sosial-iqtisadi sahənin inkişafı sayəsində günbəgün gözəlləşən rayonlarımızın sırasında İsmayıllı rayonunun xüsusi yeri olduğunu bildirdi. Sakinlər tərəfindən verilən sualları cavablandıran N. Aslanov bir daha öz platformasında nəzərdə tutulmuş işlər haqqında danışaraq sakinlərin problemlərinin hər zaman diqqətdə saxlanılacağını vurğuladı.

Mücü, Tağlabiyan, Xankəndində N. Aslanovu çox səmimi qarşılayan sakinlər bu seçkilərdə ona uğurlar arzuladılar və onun rayon üçün gördüyü işlərədən danışdılar.

Basqal qəsəbəsində yeni təmir olunmuş məktəbdə keçirilən görüşdə sakinlər N. Aslanovu xüsusi hərarətlə qarşıladılar. Sakinlər tərəfindən gül-çiçəklə qarşılanan Novruz müəllim ağsaqqalların xeyir-duası ilə bu seçkilərdə də uğur qazanacağına inandıqlarını bildirərək onun Basqal qəsəbəsi üçün gördüyü işlərdən danışdılar. Xüsusilə, qəsəbəyə yeni asfalt örtüyünün çəkilişini önə çəkən sakinlər  Novruz Aslanovun əhaliyə etdiyi yardımlara və digər işlərə görə öz təşəkkürlərini bildirdilər və onunla bir eloğlu kimi fəxr etdiklərini söylədilər. 

 

 

Basqal kəndində...

 

Mücü kəndində...

 

Sulut kəndində...

 

Tağlabiyan kəndində...

 

 

Xankəndində...

Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu