Modern.az

Jurnalistin namizədliyi qeydə alındı

Jurnalistin namizədliyi qeydə alındı

18 Oktyabr 2010, 14:09

Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoyun 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədiliyini qeydə alıb. Bu qərar qurumun dünən keçirilən iclasında qəbul olunub. Məlumatı Modern.az-a jurnalistin özü verib.

MSK 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasının E.Paşasoyun namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarınını ləğv edib. MSK Elşad Paşasoyun topladığı imzaların 450-dən çoxunun etibarlı olduğunu əsas götürərək qərar müvafiq qəbul edib.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi