Modern.az

Vaşinqtonda "Mənim Qarabağım"

Vaşinqtonda "Mənim Qarabağım"

Mədəni̇yyət

18 Oktyabr 2010, 15:07

Oktyabrın 18-də ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu  Vaşinqton şəhərinin ən nüfüzlu sərgi salonu sayılan Gallery Centerdə “Mənim Qarabağım” adlı foto sərgini keçirib. Modern.az-ın məlumatına görə, sərgidə Qarabağın qədim memarlığını, əsrasəngiz təbiətini və tanın şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən 100-ə yaxın fotoşəkil sərgilənib. Bu sərgidə Vaşinqtonda şəhərinin tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçiləri, və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Eyni sərgi digər mötəbər qallereya sayılan Honfleur Gallerydə oktyabr ayının 30-a kimi keçiriləcək.

Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!