Modern.az

Azərbaycanın jurnalist təşkilatlarının rəhbərləri Türkiyəyə gedirlər

Azərbaycanın jurnalist təşkilatlarının rəhbərləri Türkiyəyə gedirlər

19 Oktyabr 2010, 13:35

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetcilər Federasiyasının illik toplantısına qatılacaq. Tədbir  oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək. 

MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovun səfər çərçivəsində həmçinin Kayseridə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqımları ilə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetcilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da daxildir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir