Modern.az

“Biz öz dairəmizdə gənc namizədə səs verəcəyik”

“Biz öz dairəmizdə gənc namizədə səs verəcəyik”

Reportaj

21 Oktyabr 2010, 12:42

“Biz həmişə Aydın Abbasovun fəaliyyətini çox böyük maraqla izləmişik və izləyəcəyik. Çünki o, bir tərəfdən cavandır, digər tərəfdən doğma Gəncəmizi Milli Məclisdə, Avropa Şurasında, digər beynəlxalq təşkilatlarda layiqincə təmsil edir. Və biz bununla fəxr hissi duyuruq”, - bu sözləri “Gələcəyə körpü” İctimai Birliyinin ofisində deputatlığa namizədlə görüşdə birliyin sədri Mikayıl Zeynalov qeyd etdi.

Birliyin təşəbbüşü ilə keçirilən görüş zamanı birliyin üzvləri deputatlığa namizəd Aydın Abbasovun beş ildəki fəaliyyəti ətrafında diskussiyaya çevrilən geniş müzakirələr apardılar. Öz növbəsində A.Abbasov Milli Məclisdəki, Avropa Şürası Parlament Assambleyasında və AŞPA-nın ən mühüm strukturlarından olan Monitorinq Komitəsindəki fəaliyyətindən, Beynalxalq qurumlarla aparılan işlərdən, hazırki seçki kampaniyasının uğurlu gedişindən, gələcək planlarından gənclərə məlumat verdi. Qeyd edildi ki, Aydın Abbasov gənclərin qayğı və problemləri, onları düşündərin məsələrlə daima maraqlanır. Gənclər isə öz növbəsində onu dəstəkləyəcəklərini vurğuladılar.

Görüşün sonunda A. Abbasov bir daha gəncləri daima dövlətçiliyimizin qorunmasında, ölkədə gedən quruculiq işlərində fəal, mübariz və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırdı.    

 

 

 
Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi