Modern.az

Türkiyə Qəzetəçilər Federasiyası növbəti iclasını Bakıyda keçirmək istəyir

Türkiyə Qəzetəçilər Federasiyası növbəti iclasını Bakıyda keçirmək istəyir

21 Oktyabr 2010, 13:53

Kayseri şəhərində Türkiyə Qəzetçilər Federasiyasının 31 –ci iclası keçirilib. Türk jurnalistlərinin əksəriyyətinin iştirak etdiyi tədbirə Türkiyə prezidenti Abdulla Gül və Quzey Kıpırs Türk Cümhiriyyətinin prezidenti Dərviş Əroğlu da qatılıb. Modern.az-ın məlumatına görə, toplantıya dəvət edilimiş Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib və ölkəmizin mətbuatının vəziyyəti ilə bağlı məlumat verib.  Türkiyə Qəzetçilər Federasiyasının prezidenti Sertel bildirib ki, qurum növbəti toplantısını Azərbaycanda keçirilmısində maraqlıdır.

Atilla Sertel bildirb ki, hazırda Türkiyədə 1270 gündəlik qəzet, 938 radio, 300 Tv, 4 mindən yuxarı həftəlik qəzet və dərgi var. O, prezident Abdulla Gülə jurnalistikanın üzləşdiyi problemlərdən də şikayət edib. Deyib ki. Reklam verilməsində bərbad durum var, jurnalistlərin yaşayışı çətindir, xəbər almaqda problemyaşanır, jurnalistlər həbsxanaya atılırlarlar. “Basın kartının yeniləşməsi təklifi ilə sizə müraciət etmişdik. Amma hələ bir cavab yoxdur”-deyə Atilla Sertel prezidentə şikayət edib.

Qeyd edək ki, Türkiyə Qəzetçilər Federasiyasının konseylər başqanlarının toplantısında Azərbaycanda da 3 nəfər – Mətbuat Şurasının sədri Əflatun Amaşov, Parlamet Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iştirak edir.

Toplantı sabah başa çatacaq.

Modern.az      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq