Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası kecirilib. MTRŞ –nın sədri Nuşirəvan Məhərrəmlinin sədrliyi ilə kecirilən İclasda ixtisaslaşdırılmış (Mədəniyyət) kanalının acılması ilə bağlı elan olunmuş müsabiqənin nəticələri acıqlanıb. “Teviziya və Radio yayımı haqqında” qanunun və “Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün müsabiqənin qaydaları”nin tələblərinə uyğun olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müsabiqənin qalibi olub.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün yalnız “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib.