Modern.az

Young&Rubicam şirkətinin Bakıda nümayəndəliyi açılıb

Young&Rubicam şirkətinin Bakıda nümayəndəliyi açılıb

22 Oktyabr 2010, 18:39


Young&Rubicam reklam şirkəti ADVERT agentliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda affilliasiya olunmuş nümayəndəliyinin açılışını rəsmi olaraq elan edib. 

“Əminik ki, Young&Rubicam və ADVERT şirkətlərinin birgə əməkdaşlığı Azərbaycanda reklam biznesinin kreativ sahəsinin inkişafına təkan verəcək. Əməkdaşlığımız müştərilərimizin Azərbaycan bazarında uğurunun zəmanəti olmalıdır. Biz şirkətin inkişafınn əsas məqsədini məhz bunda görürük” – Y&R Advertising (Baş ofis – Nyu-York) şirkətinin Qlobal Baş direktoru Hamiş Maklennan (Hamish McLennan) deyib.

“Young & Rubicam agentliklərinin Rusiya, Ukrayna və Qazaxıstanda uğurlu inkişaf təcrübəsinə malik olaraq, Qafqazda da əməkdaşlığımızın uğuruna əminik.  ADVERT agentliyi artıq  Young &Rubicam-ın bir sıra beynəlxalq şəbəkə müştəriləri ilə işləyir və bu onun yüksək yaradıcı və ümumilikdə servis xidmətlərindən xəbər verir.”-deyə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycanda Şirkətlər Qrupunun Prezidenti Yuriy Paşin qeyd edib.

ADVERT şirkəti, sonralar şirkətlər qrupuna çevrilən və Azərbaycan reklam bazarında 2006-cı ildən müstəqil fəaliyyətə başlayan BANNER reklam agentliyinin əsasında yaradılıb.

2010-cu il ADVERT şirkətini yeni inkişaf mərhələsinə çıxartdı. Young & Rubicam Brands şirkəti ilə affiliasiya müqaviləsi imzalandıqdan sonra agentlik Zagafgaziyada  rəsmi olaraq Young & Rubicam  və WPP-nin digər kreativ strukturlarının maraqlarını təmsil edir.

“Young&Rubicam kimi uğurlu qlobal şəbəkənin təcrübəsi və alətləri hesabına Azərbaycanın mədəniyyəti müasir beynəlxalq təcrübə ilə zənginləşərək öz yaradıcı inkişafında irəliyə doğru daha bir addım atır” – deyə “BANNER” Şirkətlər Qrupunun Başçısı Mehrac Mahmudov qeyd edib. 

Young&Rubicam 1923-cü ildə Reymond Rubikam tərəfindən yaradıldı və dünyada yaradıcı insan tərəfindən əsası qoyulan ilk reklam agentliyi olub. Hal-hazırda bu şirkət kreativ həllərin hazırlanması, istehlakçıların araşdırılması və marketinq kommunikasiyaları sahəsində dünyada ən aparıcı reklam-informasiya agentliklərindən biridir. Agentlik 98 ölkədə 195 ofisə malikdir. Young & Rubicam Brands WPP Group-a daxildir və holdinqin ən böyük agentliyidir.

Young&Rubicam dünyada bir çox işlərə birinci imza atıb: ilk rəngli televiziya reklamı, reklam agentliyində ilk tədqiqat şöbəsi, müştəri üçün hazırlanmış ilk vebsayt, kabel televiziyasının imkanlarından istifadə edən ilk agentlik, Rusiya və Çində ilk beynəlxalq reklam agenliklərinin açılışı. Agentlikdə dünya üzrə 15.000-dən çox insan işləyir. Agentliyin qlobal strategiyasının ən başlıca üstünlüklərindən biri onun layihələrə əsl uğur gətirən azad yaradıcılığa can atmasıdır. Hələ Reymond Rubikam deyirdi ki, “İş yalnız müştərinin deyil, agentliyin də xoşuna gələndə əsl yaradıcılıq yaranır.”  

BANNER reklam şirkətləri qrupu dünyanın ən böyük reklam-kommunikasiya holdinqi olan WPP-nin QrupM media şöbəsini Azərbaycanda bütövlükdə təmsil edir. Qrupun tərkibinə daxil olan agentliklər: BANNER - 2008-ci ilin yanvar ayından MediaCom şirkətinin affiliasiya olunmuş partnyoru, ADVERT - 2008-ci ilin yanvar ayından MEC və Maxus şirkətlərinin affiliasiya olunmuş partnyoru, MediaForce - 2009-cu ilin may ayından Mindshare şirkətinin affiliasiya olunmuş partnyoru.

Media bölməsindən başqa, Banner Group həm də, WPP holdinqinin kreativ strukturlarının maraqlarını təmsil edir. Belə ki, 2009-cu ildə MediaForce agentliyi və JWT şəbəkəsi arasında affiliasiya müqaviləsi imzalandı; 2010-cu ilin iyul ayında Advert şirkəti Young & Rubicam şirkəti ilə affiliasiya müqaviləsi imzaladı, BANNER agentliyi isə Grey Global  Group-la əməkdaşlıq sazişinə malikdir.

Beləliklə, 2006-cı ildən bu günədək BANNER agentliyi özündə hər biri müstəqil fəaliyyət göstərən, özünün müştəri portfeli və peşəkar əməkdaşları olan, top-menecmentə malik olan və Azərbaycan bazarında əminliklə lider mövqelərini tutan  tam reklam xidmətləri göstərən 3 reklam agentliyini birləşdirən qrupa çevrildi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir