Modern.az

Emin Ağalarov: “Mən sevərək evlənmək istəyirdim....”

Emin Ağalarov: “Mən sevərək evlənmək istəyirdim....”

Reportaj

24 Oktyabr 2010, 11:00

“Krokus İnterneşnl” şirkətinin gələcək varisi  “hesabla” deyil, sevərək ailə qurduğunu deyib

“Krokus İnterşenl” şirkətinin sahibi Emin Ağalarov “TV Bulvar”-ın çəkdiyi “Böyük şəhərin ulduzları: Emin Ağalarov” sənədli filmində ailəsi ilə bağlı bir sıra maraqlı məqamları açıqlayıb. Biznes və müğənnilik karyerası işıqlandırılan bu filmdə o, Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə münasibətlərinə, ailə qurmağına da toxunub. E.Ağalarov deyib ki, Leyla Əliyeva ilə tanış olmağını taleyin hökmü sayır. 

“Tale bizi bir-birmizlə tanış olmaq üçün qarşılaşdırıb. Çünki mən çox gənc ikən evlənmək istəyirdim. Amma evlənəcəyim qızı tapmaqda müəyyən problemlərim var idi. Mən istəyirdim ki, sevərək evlənim. Sevgimin qiymətləndirilməsini arzulayırdım. Bunun“hesabla evlənmə” kimi olmasını istəmirdim. Mən hər kişi və qadının arzuladığı qarşılıqlı sevgi və məhəbbət sayəsində ailə qurmaq istəyirdim. Bu baş verəndə mən bu sevginin gətridyi əminliyi hiss etdim. O vaxt da evlənməyə qərar verdim. Evliyəm və özümü xoşbəxt hiss edirəm. İki uğağım var. Bu böyük bir sevinc deməkdir”-deyə E.Ağalarov deyib.

Emin Ağalarov 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvda yaşayır. Təhsilini İsveçdə və ABŞ-da alıb. Bizneslə məşğul olur. “Krokus İnterneşnl” şirkətinin kommersiya direktorudur. 2006-cı ildə prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva 1986-cı il iyulun 3-də anadan olub. Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada təhsil alıb. Heydər Əliyev Fondunun Rusiya təmsilçisi, Rusiyada nəşr olunan "Баку" jurnalının baş redaktoru, Rusiyadakı Azərbaycan gənclərinin lideridir.

Emin Ağalarovun Leyla Əliyeva ilə evlənmələri 2006-cı ilin əsas xəbərlərindən biri idi. Onlar İsveçrənin qış kurortunda tanış olublar. Daha sonra nişanlanıblar. Rus mətbuatında olnların nişanlanaması barədə məlumatlar 2006-cı ilin hələ yanvar ayından söhbət gedirdi. “İzvestiya” qəzetində Bojena Rınskanın bu barədə maraqlı yazısı var. O bildirir ki,  bu Şərq gözəlinin ürəyini ram eləmək Eminə asan başa gəlməyib. Ona başa salıblar ki, Leyla ilə münasibət saxlamaq üçün prezident olan atasının icazəsini almalıdır. Bundan sonra Azərbaycan tərəfinin müvafiq adamları bu barədə məlumatlandırılır. 2006-cı ildə toy baş tutr... 

Emin həm də müğənnidir. 2006-cı ildə onun ilk "EMİN Still" adlı, ingiliscə albomu çıxıb. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-2008-ci illərdə iki disk buraxdırıb. Onun Bakıda iki konserti olub və böyük maraq döğurub. Rusiyada "RİA Novosti" Agentliyi və "public.ru" internet saytının birgə hazırladığı aristokratların "Celebrity-reytinq"inin aprel siyahısına azərbaycanlı biznesmen Emin Ağalarov başçılıq edb.

 

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi