Modern.az

Jurnalistlərin aclıq aksiyası böyüyür

Jurnalistlərin aclıq aksiyası böyüyür

24 Oktyabr 2010, 16:12

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur. (Azadlıq radiosu) Oktyabrın 20-dən isə bir qrup journalist Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasınana başlayıblar. Aksiya növbəlilik prinsipi ilə davam etdirilir. Jurnalistlər Şahvələd Çobanoğlu, Qan Turalı və Elçin Həsənov oktyabrın 19-da aclığa başıayıb oktyabrın 23-də aksiyanı dayandırıb. Aksiyaya yeni jurnalistlər qoşulublar. Bunlar «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli, «Yeni Müsavat» qəzetinin əməkdaşı Samir Kazımlı və köşə yazarı Seymur Baycandır.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı