Qana mənşəli bir həkim Sloveniyada keçirilən yerli seçkilərdə qalib gəlib. Bu ölkədə ilk dəfə mer vəzifəsinə qaradərili şəxs seçilib. (BBC)
Doktor Piter Bossman Sloveniyanın Piran şəhərində keçirilən seçkilərdə qələbə qazanıb.
O, vaxtl ilə Yuqoslaviyanın tərkibində olan Sloveniyaya 1970-ci illərdə tibb universitetində oxumaq üçün gəlib. 34 il əvvəl təhsil almaq üçün gələn bu qaradərili qrup yoldaşı ilə ailə həyatı quraraq bir daha öz ölkəsi Qanaya geri dönməyib.
Fransanın xəbərlər agentliyinə müsahibəsində, doktor Piter Bossman deyib ki, onun Piran şəhərinin meri seçilməsi Sloveniyada demokratiyanın hansı səviyyədə olduğunu nümayiş etdirir.
Qeyd edək ki, bu hadisə nəinki Slovakiyada, eləcə də Avropa qitəsində də ilk hadisədir.