Modern.az

Jurnalistlər Röya barədə Modern.az saytına danışdılar...

Jurnalistlər Röya barədə Modern.az saytına danışdılar...

Reportaj

27 Oktyabr 2010, 13:53


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən digər hadisələr hər zaman insanları maraqlandırıb. Geniş kütlə tanınmış insanların iş həyatından  cox, onların  şəxi həyatı, günlük yaşantısı, xarakteri haqqında daha cox məlumat  toplamaq istəyir. Bu mənada hansısa tanınmış simalarla tez-tez kontaktda olan, onlardan müsahibələr alan, tədbirlərində iştirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.

Modern.az mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı yeni layihəyə başlayır.

İlk olaraq jurnalistlər tanınmış müğənni Röyadan başladılar. Beləliklə, “Röya necə müğğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” kimi sualları mədəniyyət yazararı cavablandırır.

Röya kaprizli müğənnidir...

Cavahir Səlimqızı-“Mərkəz” qəzetinin əməkdaşı:
- Vallah, müğənni Röya haqqında deyə bilərəm ki, hamı ona qulaq asır. Dinləyənləri coxdur. Dəfələrlə müxtəlif səpkili insanlardan müsahibələr götürmüşəm, hətta siyasətcilərdən də bununla bağlı müxtəlif sorğular olub. Dinlədikləri müğənnilər arasında Röyanın da adını cəkirlər. Bu mənada görünür Röya diqqətcəkən müğənnidir, hər halda səsi var ki, qulaq asırlar. Qocasından tutmuş cavanına, səviyyəlisindən tutmuş səviyyəsizinə kimi hamı Röyanı dinləyir. Bəzi mahnıları var ki, mənim də xoşuma gəlir.

Hər halda özünü səmimi göstərməyə calışır. Nə dərəcədə səmimidir, özü bilər. Mənim daim xoş ünsiyyətdə olduğum müğənnilər siyahısına Röya daxil deyil. Məncə kaprizli müğənnidi, yəni jürnalistlərlə mütəmadi ünsiyyətdə olmur, asanlıqla tapılmır, bir sozlə, jurnalistlərlə acıq konteksdə olan müğənni deyil. Bunu mən mənfi hal kimi qiymətləndirirəm. Müəyyən intellekt səviyyəsi olan müğənni jurnalistlərə acıq olmalıdır. Sabah biz də hər hansı bir informasiya verəndə narazılıq olmasın.

Röya çılğındır, mediadan qaçmır...

Şahin Cavadsoy – “Trend” İnformasiya Agentliyinin əməkdaşı:
- Röya kifayət qədəq öz populyarlığı, sevilmə dərəcəsi ilə secilir. Röyanın öz yolu var. Yadıma gəlir, ilk səhnəyə gəlməsi və bu günki uğuru. Məncə, Röyanın özünəməxsusluğunun əsas səbəbi onun düzgün mahnı secimindədir. Bu gün Azərbaycan şou-biznesində müğənnilər  şəxsi həyatlarında baş verən, xoşagələn, gəlməyən tərəfləri efirdə deməyə, internet saytlarında, qəzetlərdə işıqlandırmağa  maraq göstərirlər. Düzdür, Röyanın da karyerasının ilk vaxtlarında belə hallar olmuşdu. Mən Röyanı cəsarətli adlandırardım, çünki jurnalların birində cəkdirdiyi şəkillər onu dilə-dişə saldı. Röya  kifayət qədər ağıllı qızdır, vaxtında, vədəsində öz düzgün repertuarı ilə tamaşacıların sevgisini qazana bildi. Hətta xalq artistlərini belə kölgədə qoymağa müəffəq oldu. Röya həddindən artıq düz yoldadır, gözəl komandası var və mediaya acıq olan bir müğənnidir. Yəni istənilən anda, istənilən vəziyyətdə mediadan qacmır, sualları cavablandırır. Məncə, Azərbaycanda 1 nömrə deyiləndə, şəxsi  fikrimdi ki, məhz onun adı gəlir. Ana olduqdan sonra öz populyarlığını daha da möhkəmlətdi. Hesab edirəm ki, Röya bu dəqiqə kütlənin də, gənclərin də sevimlisidir.

İnsan kimi də cox cılğındı, deməzdim o, kinli insandı. Ola bilər ki, kimləsə problemi olsun, cılğıncasına cavab versin, əminəm ki, onda kin yoxdur. Hesab etmirəm ki, o kimləsə düşməncilik apara bilər. Məncə Röya bağışlamağı bacarır.

Müğənni cox olsa da, media ücün maraqlı müğənni barmaqla sayılacaq qədərdir. Onlardan 1-ci sıralarda məncə Röyanın adı gəlir. Biz internetdəki istifadəcilərin marağını nəzərə alıb yazılar yazırıq, statistikaya baxırıq, Röyadan verilən xəbərlər ilk yerləri tutur. Demək maraqlıdır, bunu etiraf etmək lazımdır.

Röyanın səsi müalicəvidir...

Sevil Hilalqızı  – “Yeni Müsavat” qəzetinin əməkdaşı:
- Röyanı insan kimi xarakterizə etməkdə cətinlik cəkirəm. Röyadan müsahibə almışam, kifayət qədər səmimi insandır. Mənim bir dinləyici kimi Royanın səsinə cox böyük rəğbətim var. Mənə elə gəlir ki, Röyanın səsi müalicəvi səsdir. Və Azərbaycanda onun kimi bu cür səsə malik olam ikinci bir müğənni yoxdur. Onun səsindəki yumşaqlıq, mənə elə gəlir onun xarakterində də var. Röyanın xarektirində qabalıq görünmür, səmimiliyi hər şeyi ört -basdır edir.

Mən şəxsən Röyada elə bir kapriz hiss etməmişəm. Olub ki, köməkciləri ilə əlaqə yaratmaq mümkün olmasın. Amma yenə də şəxsi münasibətimdə mən ondən səmimiyyət hiss etmişəm.

Röya özünü fərqli göstərməyə çalışır...

Təranə Məhərrəmova- “Kaspi” qəzetinin əməkdaşı:
- Onun necə bir insan olması barədə danışmaqda çətinlik çəkirəm. Çünki hec bir münasibətim olmadığı deyə bilmərəm. Mən ayrı-ayrı vaxtlarda onun haqqında yazılar yazmışam, həmçinin onun konsertləri, proyektləri haqqında da. Röya stili olan bir müğənnidir. Amma bir az da o var ki, özünü elə göstərməyə calışır ki. Yəni göstərmək istəyir ki, onda fərqlilik var. Elə nüaslar var ki, istəyir onu gözə soxsun.

Jurnalistlərlə münasibəti barədə hec bir söz deyə bilmərəm. Mən hec vaxt onunla şəxsən əlaqə yaratmamışam, müsahibə almamışam, hər hansı bir mərasində rastlaşmamışam, ona görə bu haqda fikir bildirmək istəmirəm.

Əvvəlki Röya ilə indiki Röya arasında çox fərq var...

Tahirə Məmmədli- “Şərq” qəzetinin əməkdaşı:
- Şəxsi münasibətlərimiz cox olub. Evində də olmuşam. Zaman olub ki, jurnalist kimi onunla mübahisələrim olub, amma bu gün normal münasibətlərimiz var. İnsan kimi cox ürəyiyumşaq adamdı. Ailəsinə həddindən artıq bağlı adamdı, dostcanlıdı. Ən cox sevdiyim xüsusuyyətlərindən biri budur. Həmişə calışıb ki, səmimi olsun. Bu baxımdan Röya səmimi olmağı bacarır. Ən azından etdiyi səhvləri etiraf etmək qabiliyyətinə malikdir. Düşünürəm ki, sənətci üçün, ümumiyyətlə gündəmdə olan insan üçün bunu etmək hec də asan deyil. Əsas da onun o qədər də kinli olmadığını düşünürəm. Ailəsində olduğum üçün bilirəm ki, qonqpərvərdir, diqqətçildir. Dostluğuna və səmimiliyinə üstünlük verirəm.

Müğənni kimi onun yaradıcılığına bir balaca ekskursiya etsək,  sənət baxımından o qədər də uzun illər deyil səhnədədir, son 8-9 ildə böyük nailiyyətlərə imza ata bilib. Bu müddət  ərzində müğənnilər oldular ki, gəldilər, getdilər, amma o qala bildi, əsas odur. Danılmaz bir faktdır ki, bu gün Röya pərəstişkarları arasında, ümumiyyətlə, onu dinləyənlərin auditoriyasını nəzərə alsaq, yaş fərqi yoxdur. Yəni butün yaşlarda olan insanlar var ki, onun pərəstişkarları sırasına daxildir. Elə müğənnilər var ki,  gəncdir, onun publikası gənclərdən ibarətdir, ya da müğənnilər var ki, daha cox xalq mahnıları oxuyurlar və ya xanəndə kimi fəaliyyət göstərirlər. Onlara daha cox yaşlı nəslin nümayəndələri  qulaq asır.
Amma Röyanı fərqləndirən cəhətlərdən biri budur ki, onun dinləyiciləri arasında müxtəlif yaş təbəqələrini görmək mümkündü. Düşünürəm ki, bu illər ərzində onun yaradıcılıq baxımından müəyyən səhvləri də olub. Bu təbiidir, çünki iş olan yerdə qüsurların olması mütləqdir. Amma ilkin dövlərdəki cox böyük qalmaqallarla, müəyyən acıq-sacıq görüntulərlə tamaşacının yadında qalan Röya bu gün artıq daha lirik, daha ciddi musiqilərə üstünlük verir. Eyni zamanda artıq yönümünü tapıb. Sənətə gəldiyi ilkin dövrlərdə olan Röya ilə bu günki Röya arasında böyük fərq var. Əvvəllər Röya daha kəskin, daha emossional, daha kobud cavab verən müğənni kimi yadda qalırdısa, bu gün artıq o, bu taktikasını dəyişib. Ən azından yaxınlaşanda və ya hər hansı bir suala cavab almaq istəyəndə qacmır, suallardan yayınmır. Suala cavab vermək istəmirsə,  deyir “bu suala cavab vermək istəmirəm”.
Amma mənim yadıma gəlmir ki, mənim sualıma cavab verməsin.

Röyanı dilə tutmaq lazımdır...

Vüqar Vüqarlı - Day.az portalının şöbə müdiri:
- Röyanı bir insan olaraq mən başqa müğənnilərə nümunə kimi  göstərərdim, çünki onun insani keyfiyyətləri cox yüksək səviyyədədir. Bilirəm ki, məni bu sözlərimə görə qınayan da olacaq. Sadəcə olaraq, onlar Röyanı yaxından tanımayan insanlar olacaq. Düzdür, Röyanın mənfi cəhətləri də var. Çox çılğındı, özündən tez cıxır, acıdil də ola bilər. Amma inanın ki, o, tez alışıb, tez də sönür.

Müğənni kimi acığı deyim ki, professional müğənnilər onu cox tənqid edirdilər. Biri deyir səsi yerində deyil, o biri deyir səhnə mədəniyyəti yerində deyil. Onların da bütün fikirlərinə hörmətlə yanaşıram. Bir şeylə razıyam ki, bəli, onun səsi bir o qədər də profesionallıq baxımından cox güclü deyil. Ancaq bir fakt var ki, o səsə hal-hazıda cox insan qulaq asır, cox insan pərəstiş də edir. Onu cox tamaşacı kütləsi izləyir, bu danılmaz  bir faktdır.

Jurnalistlərlə münasibəti yəqin ki, cox pis. Məsələn, mənim özümlə bir necə dəfə, necə deyim, mübahisə də edib. Oturub normal danışmışıq da. Hər şey ondan asılıdır. Gərək Röyanın damarını tuta biləsən. Onu söhbətə tutdun,  hər şey yaxşı olacaq, söhbəti düzgün başlamadın, elə sualla başladın ki, nədənsə qıcıqlandı, apar tulla... Ondan hec bir müsahibə də alınmayacaq, danışa da bilməyəcəksən. Jurnalistın bacarığından asılıdı. Bacarıqlı jurnalistlə Röya da cox yaxşı davranır.

Röya müsahibə verməyi bacarmırdı...

Elşad Ümid- “Reytinq” qəzetinin əməkdaşı:

- Müğənni kimi cox gözəl oxuyur. Düzdür, deməzdim ki, ondan güclü müğənni yoxdu, amma nömrə 1 saymaq olar, o mənada ki,  həqiqətən bu adam öz üzərində işləyir. İstənilən bir müğənnini  Röyanı ilə yanaşı qoysaq, müqaysə aparsaq, görərik ki,  doğrudan da ən cox iş görən Röyadır. Bu adam dincəlmir, bütün günü iş başındadır. Mənə elə gəlir ku, bu, təqdirəlayiqdir.

Röya sənətə gələndə ondan ən birinci müsahəbə götürən jurnalist mən olmuşam. O adamın öz üzərində işlədiyi hiss olunur. Cünki o vaxt adicə müsahibə vermək qabiliyyəti yox idi. Amma indi, demirəm danışığı intellekt səviyyəni aşıb, amma sözlərinin sərhəddini bilir, özünü ifadə etməyi bacarır. Davranışında da cox dəyişiklik var. Ən cox da ailə qurandan sonra. Müəyyən cərcivələr var, onları vaxtilə şou xatirinə aşırdısa, indi həmin şeylər yoxdu. Səmimiyyətini saxlamaqdadır. O cəhətdən şəxsən mənim xoşum gəlir.

Jurnalistlərlə münasibətinə gəlincə, bəzən Röya istəmədən köməkciləri onunla əlaqəni yaratmağa mane olurlar. Elə hallar olur ki, bəzən sırf müğənninin mövqeyini öyrənmək lazım olur. Amma telefon zənginə köməkciləri cavab verir. Təbii ki, bizi qane edən cavab ala bilmirik. Bəzən anlaşılmaz vəziyyətlər yaranır. Biz də məcbur oluruq öz versiyamızı yazaq...

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi