Modern.az

Gündəlik qəzetlərdən hansının dizaynı daha çox bəyənilir?

Gündəlik qəzetlərdən hansının dizaynı daha çox bəyənilir?

Media

28 Oktyabr 2010, 14:38


Parlament (Tərəfsiz) Jurnalistləri Birliyi Azərbaycanda nəşr  olunan gündəlik qəzetlərin dizaynına dair sorğu keçirir.
Modern.az saytında keçirilən sorğuda İnternet istifadəçiləri “Azərbaycanda çıxan hansı gündəlik qəzetlərin dizaynı xoşunuza gəlir” sualına cavab veriblər.   

Sorğuda respondentlərə 15 qəzet arasında seçim aparmaq imkanı verilib. Bir aydan artıqdır davam edən sorğunun nəticələrinə görə, oxucuların nisbətən çox hissəsi “Yeni Azərbaycan” qəzetinin tərtibatını bəyənib. Bu qəzetə sorğu iştirakçılarının təxminən 19 faizi səs verib. Bundan sonra “Yeni Müsavat”ın adı daha çox qeyd edilib  - 16,9 faiz.

“Azərbaycan” qəzetinə 6,3 faiz, “525-ci qəzet”ə isə 6  faiz respondent səs verib. 

Yerdə qalan qəzetlər 3-4 faiz səs toplayıblar. Lakin xeyli respondent 15 qəzetdən heç birini deyil “başqa qəzetlər” cavab variantını seçiblər. Bu kateqoriyada 14 faiz respondent səs versə də, təəssüf ki, konkret qəzet adı çəkən olmayıb.  

Qeyd edək ki, bu sorğu Parlement (Tərəfsiz) Jurnalistləri Birliyinin icra etdiyi “Qəzetlərin tərtibatında Türkiyə təcrübəsinin tətbiqi” layihəsi çərçivəsində aparılır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan bu layihəyə görə, PJB həm də eyni mövzu ilə bağlı  qəzet redaktorları, KİV nümayəndələri, media üzrə ekspertlər, həm də sıravi oxucular arasında geniş sorğu keçirir. Burada qəzet dizaynının oxucular üçün önəmi, tərtibatın materialların daha yaxşı qavranmasına təsiri, dizaynın qəzetin satılmasına təsiri barədə suallar yer alıb.  

Məlumat üçün bildirək ki, Türkiyə Mətbuat Yayımı və İnformasiya genel müdürlüyü PJB-yə “Anadolu mətbuatının yeni üzü- yerli mətbuatda tərtibat” adlı kitabça və CD-lər göndərib. Oktyabrın 30-da bu kitabça və CD-ni hazırlayan şəxslər PJB-nin qonağı olacaq.  

PJB sədri Elşad Eyvazlının sözlərinə görə, bu ilin sonunadək həmin kitabça Azərbaycan dilinə tərcumə edilərək kitabça şəklində çap ediləcək. Kitabçalarla yanaşı, CD-lər də çoxaldılacaq və onların hər nüsxəsi yerli redaksiyalara hədiyyə ediləcək.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır