Modern.az

Hollivud “ulduzu” Nikolas Keyc dünyaya müraciət edib...

Hollivud “ulduzu” Nikolas Keyc dünyaya müraciət edib...

29 Oktyabr 2010, 13:03

Hollivud ulduzu Nikolas Keyc Vyanada BMT-nin cinayətlərə dair konfransında mütəşəkkil cinayət qurbanları adından iştirakçılara müraciət edib. Modern.az “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, BMT-nin Narkotik Maddələr və Cinayətkarlığa qarşı mübarizə ofisinin xoşməramlı səfiri olan Keyc təşkilata üzv ölkələri cinayətkarlığa qarşı mübarizə sahəsində daha çox iş görməyə çağırıb. O, Şərqi Afrikada insan alveri və mütəşəkkil cinayətin qurbanları olmuş insanlar, habelə əsgər kimi orduya aparılan uşaqlarla görüşlərindən danışıb.

Oskar mükafatı almış Nikolas Key deyib ki, BMT-nin Narkotik maddələr və cinayətkarlığa qarşı mübarizə şöbəsində səfir kimi rolu onun indiyə qədər ifa etdiyi bütün rollardan daha böyük əhəmiyyət daşıyır.
“Mən kareyarm boyu çox rollarda olmuşam, qəhrəmanlar və mənfi xarakterlər, sevən və uduzan insanlar, bəli, cinayətkarlar və cinayətkarlara qarşı mübarizə aparan insanların rollarını ifa etmişəm. Lakin xoşməramlı səfir rolu mənim üçün ən mürəkkəb və əhəmiyyətli bir roldur. Bəzən mən aktyor olmağımı unudub, işə keçmək istəyirəm.”-deyə Nikolas Keyc konfrans iştirakçılarına deyib.

Aktyor əsgər uşaqlara yardım üçün artıq 2 milyon dollar ianə edib. O, 2005-ci ildə “Müharibə kralı” filmi ilə silahlara beynəlxalq nəzarət məsələsinə diqqəti cəlb etmək üçün kampaniya aparıb.

Nikolas Keyc 2009-cu ildə BMT-nin xoşməramlı səfiri adını alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir