Modern.az

Eynulla Fətullayev də aclığı dayandırdı, jurnalistlər də...

Eynulla Fətullayev də aclığı dayandırdı, jurnalistlər də...

29 Oktyabr 2010, 17:30

“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb. E.Fətullayev ona dəstək verən jurnalist həmkarlarına da aclığı dayandırmağa çağıran məktub yollayıb.

Nəticədə Müsavat Partiyasının qərargahında aksiya keçirən bir qrup jurnalist də oktyabrın 29-dan aclıq aksiyasını dayandırıblar. ("Azadlıq" radiosu)

Müsavat başqanı İsa Qəmbər jurnalistlərə müraciətində deyib ki, onların tələbləri qismən yerinə yetirilib, gələn ay Ali Məhkəmənin Plenumu E.Fətullayevin buraxılmasına dair Avropa Məhkəməsinin qərarına baxacaq.

Eynulla Fətullayev bu il oktyabrın 19-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlamışdı.

Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalı və Azərbaycan hökuməti ona 27 822 avro təzminat ödəməlidir.

Bir qrup jurnalist də Fətullayevə dəstək olaraq Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi