Modern.az

“Azercell” Tələbə Təqaüd Proqramı elan edir!

“Azercell” Tələbə Təqaüd Proqramı elan edir!

Mədəni̇yyət

1 Noyabr 2010, 16:17

Proqram iştirakçıları həm təqaüd almaq, həm də şirkətdə təcrübə keçmək imkanı qazanır

1 noyabr 2010-cu il tarixdən etibarən “Azercell Telekom” MMC-nin Tələbə Təqaüd Proqramına qəbul başlayır.  Bu proqram çərçivəsində seçim mərhələlərindən uğurla keçən tələbələr cari tədris ilində “Azercell”in təsis etdiyi təqaüdü alacaqlar. Bundan əlavə, tələbələr üçün informasiya kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq imkanı yaradılır. Proqram iştirakçılarına təlimlərə qatılmaq şansı da verilir. Həmçinin, daha bacarıqlı tələbələrin “Azercell Telekom” MMC-də təcrübə keçməsi də mümkündür.

Tələbə Təqaüdü Proqramında iştirak etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsinin “Vakansiyalarımız” səhifəsinə daxil olmaq lazımdır. Bu səhifənin Tələbə Təqaüdü Proqramı linkindəki (//www.azercell.com/career/students) Ərizə Formasını doldurmaq lazımdır. Ərizələr yalnız on-line rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi - 2010-cu il, 15 noyabrdır.

Tələbə Təqaüdü Proqramı üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim zamanı hansı universitetlər və hansı istiqamət üzrə  təhsil alan tələbələrə üstünlük verəcəyi barədə Tələbə Təqaüdü Proqramı ilə bağlı İnternet səhifəsindən məlumat almaq olar. 

Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 20-dən çox tələbə “Azercell” şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar “Azercell”dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi